Paşinyan fövqəladə iclas ÇAĞIRDI
Dərc olunub:
13-09-2022, 03:16
Ermənistanın baş naziri Nikol Paşinyan fövqəladə iclas keçirmək üçün hökumət evinə gəlib.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilib ki, İrəvandakı hökumət evinin ətrafında polis qüvvələri cəmləşib. Yaxın dəqiqələrdə hökumətin təcili iclasının başlaması gözlənilir.
Məlumata görə, ardınca Ermənistan Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək.