GAK Ermənistanın Azərbaycana qarşı aqressiyasına münasibət bildirib
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Ermənistanın Azərbaycan Respublikasına qarşı aqressiyasına münasibət bildirib.
Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı işğalçı müharibədə Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Rusiyaya qarşı birləşmişdirlər. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan mövqelərinə qarşı apardığı təcavüzkar siyasətə həm ABŞ-ın həm Fransanın həm də Rusiyanın biganə olmadıqları aşkardır.
Ermənistanı həmin qüvvələr artıq bir əsrdən çoxdur ki, alət kimi istifadə etməyə davam edirlər. Ermənilərin alət olmağa razılaşması onları İrandan başqa bütün qonşularla düşmən vəziyyətinə gətirib.
Müzəffər Azərbaycan ordusunun böyük şücaətlə apardığı 44 günlük müharibənin sonunda Ermənistan qeyd-şərtsiz kapituliyasiyaya imza atdı. Azərbaycan və Türkiyə Ermənistan üçün tarixi bir sülh şansı yaratdı.
Son seçimlərdə erməni xalqı sülh şansını dəyərləndirərək məğlub Paşinyanı dəstəklədi.
Paşinyan və onun havadarları bilməlidirlər ki, Azərbaycan sərhədlərini Qəhrəman Azərbaycan ordusu qoruyur. Həmin havadarlar və Ermənistan Şuşa Bəyannaməsinin artıq qüvvədə olduğunu unutmasınlar.
Şəhidlərimizə Allah rəhmət diləyirik. Xalqımızın başı sağ olsun. Biz Gürcüstanda yaşayan azərbaycanlılar milli dövlətimiz olan Azərbaycanın kədərlərini bölüşürük, zəfərlərinə sevinirik.
Yaşasın Azərbaycan Əsgəri!