Bu ölkələrlə əməkdaşlığın hüquqi bazası möhkəmlənir - ƏliyevXəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

"Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir".

"Qeyd etməyə şadam ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır", - Prezident İlham Əliyev vurğulayıb.

"İmperiya ambisiyaları Rusiyanın sonunu yaxınlaşdıracaq"Əsasən Rusiyanın bəzi qüvvələri tərəfindən idarə olunan Ermənistanda xeyli müddətdir ki, davam edən siyasi çaxnaşmalar, İrəvan küçələrində mütəmadi olaraq keçirilən dağıdıcı yürüşlərin səngidiyini görürük. Dağıdıcı aksiyaların keçirildiyi dövrdə zavallı Paşınyanın devriləcəyini iddia edən şərhçilər var idi.
Acınacaqlı durumda olan erməni əhalisinin bu aksiyalara dəstək vermədiyi ortadadır. Digər tərəfdən Rusiyanın Ermənistandakı revanşist qüvvələrə dəstək siyasənin iflasa uğradığı da göz qabağındadır.

Təəssüf ki, Şimal qonşumuz öz əhalisini, xirtdəyəcən problemlər içərisində boğulan ölkəsini xilas etmək əvəzinə regionda ağalıq iddiasından əl çəkmir. Region dövlətlərinə qarşı təhdid siyasəti, ağalıq iddiası, imperiya ambisiyaları Rusiyanın sonunu yaxınlaşdıracaq.

Gələcəkdə regionda baş vermək ehtimalı olan fəlakətlərdən qorunmaq üçün analitik təhlil mərkəzləri strateji hədəflərə yönələn layihələr ortaya qoymalıdır. Deməli, Vətəndaş Cəmiyyəti İnstitutlarının, medianın üzərinə böyük məsuliyyət düşür. Həm Ermənistanda, həm də Qarabağda yaşayan etnik ermənilərə mütəmadi olaraq açııq çağrışlar edilməlidir.

Manevr siyasətindən əl çəkməyən Ermənistanın baş naziri zavallı Paşınyanda və digər ermənilərdə dərk etməlidir ki, regionda inkişafa, sabitliyə təkan verəcək sülh təklifləri, çox zəruri iqtisadi, strateji mahiyyət kəsb edən layihələr hər zaman masanın üzərində qalmayacaq. Azərbaycan tərəfi öz hədəflərinə doğru addımlaykən zaman itkisinə yol verməməlidir. Sülh və iqtisadi əməkdaşlıq təklifləri müəyyən bir dövrü əhatə etməlidir.

Əlqərəz, Rusiyanın və Ermənistandakı bəzi qüvvələrin sülh danışıq imitasiyası uzun müddət davam edə bilməz. Regionun inkişafı və sabitliyin təmin edilməsi üçün separatizmin kökü kəsilməlidir. Bütün hallarda separatizmə dəstək sülh anlayışına təhlükədir.

Əkrəm Bəydəmirli
Əliyev Rəisi ilə görüşdüİyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Avrasiya.net xəbər verir ki, İran Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Sizi görməyimə çox şadam. Keçən dəfə də burada - Türkmənistanda görüşmüşdük, bu dəfə də. Keçən görüşdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlamışdır. Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi. Bir sıra məsələlərlə bağlı çox yaxşı irəliləyiş var, xüsusilə nəqliyyat, energetika və digər sahələrdə. Ona görə əminəm ki, bugünkü görüşdən sonra da əlaqələrimizin inkişafına növbəti təkan veriləcək və qardaş xalqlarımızın birgə gələcəyi təmin ediləcək. Xalqlarımızın ortaq tarixi münasibətlərimiz üçün çox gözəl təməldir.

İran Prezidenti Seyid İbrahim Rəisi dedi:

- Mehriban və bağışlayan Allahın adı ilə. Mən də Sizinlə görüşməkdən çox məmnunam. Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər. Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var. Lakin bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik. Düşünürəm ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha da inkişaf etdirilə bilər.
Silahlı Qüvvələrimizlə fəxr edirik Dövlət Başçısı cənab İlham Əliyev Ordunun daha gücləndirilməsi, daha müasir hərbi texnika ilə təchizatı məsələsinə olduqca həssaslıqla yanaşır. Bunu hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsaitlərin ayrılması, ölkənin müdafiə sənayesinin qurulması, ordunun ən müasir silahlarla təchiz edilməsi, həmçinin ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələrinin günbəgün genişləndirilməsi fonunda çox aydın görmək mümkündür.

6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir.

Ali Baş Komandan İlham Əliyevin iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakı bir daha Azərbaycan liderinin ordusuna verdiyi önəmin bariz nümunəsidir.

Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edir. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib.

Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq.

Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.

Dövlətimizin başçısının təşəbbüsü ilə işğaldan azad edilmiş rayonlarımızda yaradılacaq İşğal və Zəfər muzeyləri 30 illik bir tarixin salnamələşdirilməsi, tarixin səhifələrində canlı şəkildə yaşadılması istiqamətində atılmış mütərəqqi addımdır. Bu muzeylər Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonları kimi, Kəlbəcərdə də yaradılacaq.

Nəinki işğaldan azad olunmuş rayonlarımız abadlaşdırılır, yeniləşdirilir, hətta bir zamanlar həmin yerlərdə fəaliyyət göstərən obyektlərə də yeni həyat verilir. Bu baxımdan dünyaca məşhur olan “İstisu”nun da əvvəlki şöhrətinin özünə qaytarlması təqdirolunası haldır.

İyunun 26-da Prezident İlham Əliyevin Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlini qoyması qoyması yaxın gələcəkdə “İstisu”nun şöhrətindən xəbər verir.
“İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.

Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik.

Görülən bütün bu işlər azadlığından abadlığına uzanan yolda uğurla addımlayan Kəlbəcərin xoş günlərə yaxınlaşdığının göstəriciləridir. Buna Prezident İlham Əliyevin Kəlbəcərə iki gün öncəki səfəri zamanı da şahid olduq.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, Qarabağ hər zaman- işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də Azərbaycan torpağı olub və hər zaman olacaq. Qarabağ Azərbaycandır!”

Salahov Fuad Fərman oğlu
Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri
Rusiyadan Finlandiya və İsveçə XƏBƏRDARLIQRusiya NATO-nun Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olması ilə bağlı qərarına mənfi münasibət bəsləyir və bunu beynəlxalq münasibətlərdə sırf sabitliyi pozan amil hesab edir.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, sammitdə qəbul edilmiş qərarlar yalnız alyansın Rusiyanın aqressiv şəkildə cilovlanması istiqamətində kursunu möhkəmləndirir: “Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı kompensasiya tədbirləri görməyə məcbur olacaq. Bundan fayda götürən olmayacaq”, - o əlavə edib.
“The New York Times”: "İsrailə casusluqda şübhəli bilinən İran generalı həbs edilib"İran İnqilab Keşikçiləri Qvardiyasının briqada generalı Əli Naseri İsrailə casusluqda şübhəli bilinərək həbs edilib.

“Report” xəbər verir ki, məlumatı ABŞ-ın “The New York Times” qəzeti yayıb.

Bildirilib ki, qvardiyada təhlükəsizlik məsələləri üzrə məsul şəxsin həbsi faktı məxfi saxlanılır.
İsveç və Finlandiyadakı terrorçuları istəyəcəyik - BozdağFinlandiyada 6 PKK, 6 FETÖ, İsveçdə 10 FETÖ, 11 PKK-çının dosyeləri gözləyir.

Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

“Sazişdən sonra onların ekstradisiya məsələsini yenidən yazıb xatırladacağıq. Terrorçuların ekstradisiyası ilə bağlı müvafiq ölkələrə müraciətlər var. Biz onlardan yeni imzalanmış müqavilə çərçivəsində müraciətlərimizin tələblərini yerinə yetirmələrini istəyəcəyik.

Lazım olanı edəcəklərini dedilər, amma təəssüf ki, bu günə qədər görülməyib. Türkiyənin haqq səsini dəyərləndirdikləri üçün belə bir anlaşma protokolu imzalandı”, - Bozdağ bildirib.
İlham Əliyev zirvə toplantısında iştirak edirTürkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti başlayıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev də zirvə toplantısında iştirak edir.

İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Eyni zamanda sammit çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri nəzərdə tutulub.

Xatırladaq ki, ötən gün Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub.
Şəhid anasını aldadıb 11 min manatını aldılar - FOTOVətən Müharibəsi şəhidi Murad Kəlbiyevin anası Rübabə Kəlbiyevaya qarşı dələduzluq əməli törədilib.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı şəhər sakini İlham Abdullayev şəhid anasını aldadaraq 11 min manatını ələ keçirməkdə ittiham edilir. Belə ki, o, R.Kəlbiyevaya vəd verib ki, oğlu Muradın adını yaşadıqları Qusar rayon Cibir kənd orta məktəbinə verdirəcək. İlham Abdullayev pulu şəhid anasından iki dəfəyə alıb.

Onun dələduzluq əməli ilə bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İ.Abdullayev hazırki cinayət işi üzrə başqa şəxslərin də pullarını mənimsəməkdə təqsirləndirilir. Belə ki, o, bir neçə Qusar sakinindən Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nəzdindəki qurumlara işə düzəltmək adı ilə pul alıb. Onun sakinlərə vurduğu ümumi ziyanın məbləğinin 36 min manat olduğu bildirilir.
Bacımı binadan atıblar... – Kəngərlinin qardaşından şokXəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur. Məlumata görə, ginekoloq özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.

Avrasiya.net xəbər verir ki, intiharın səbəbləri ilə bağlı Cebhe.info-ya Xalidə Kəngərlinin qardaşı Elçin Vəliyev danışıb:

"İki variant var: ya intihara məcbur edilib, ya da atılıb. Evdə uşaqları, yoldaşı və özü olub. Ailə münaqişələri olub, yaxın zamanlarda boşanmaq üçün vəkil də tutulmuşdu. Hazırda istintaq gedir. Bacım Xalidənin əri ona öz şəklini atıb ki, gəl, səni gözləyirəm. Həmin adam daim içirdi".

Elçin Vəliyev hadisədən sonra qardaşı ilə birgə kürəkənini döyməkləri barədə yayılan xəbərləri təkzib edib:

"Hamısı yalandır. Qardaşım o vaxt affekt vəziyyətdə olub. Bu söz-söhbətlər şərdir. İstintaq, ekspertizanın rəyi olmadan bəzi saytlar paylaşdı ki, Xalidə intihar edib".

Müsahibimiz bildirib ki, ekspertizadan alınan ilkin məlumata görə, bacısı əvvəldən incidilib, intihara sövq edilib:

"Xalidənin bədənində xəsarət izləri var idi. Əlimdə videofaktlar da var, hamısı istintaqa təqdim ediləcək".