Qubada 7 yaşlı uşaq göldə boğuldu
Dərc olunub:
29-06-2022, 09:35
Qubada 7 yaşlı uşaq göldə boğulub.
Bizim.Media xəbər verir ki, hadisə Qubanın Hacıhüseynli kəndindəki bağ massivindəki süni göldə qeydə alınıb.
Hacıhüseynli kəndinin qonşuluğunda yerləşən Xaçmazın Şıxlar kənd sakini, 7 yaşlı Tahir Nurməmmədli kəndə oynamağa gəlib.
Qəfildən uşağın ayağı sürüşüb gölə düşüb və boğulub.
Hadisə Quba rayon Prokurorluğunda araşdırılır.