İsveç və Finlandiya bu öhdəlikləri götürdü - Tam mətn
Türkiyə, İsveç, Finlandiya və NATO rəsmilərinin Madriddə apardıqların danışıqların yekunu kimi imzalanan memorandumun əsas detalları məlum olub.
Axar.az “Habertürk”ə istinadən xəbər verir ki, memorandumla İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün Türkiyə önündə aşağıdakı öhdəlikləri götürüblər:
- PKK və uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlıq;
- Terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəyliyin nümayiş etdirilməsi;
- PYD/YPG və FETÖ-ya dəstək verilməməsi haqqında öhdəlik;
- Müdafiə sənayesi sahəsində embarqo məhdudlaşdırmalarına əl atılmaması, əməkdaşlığın sıxlaşdırılması;
- İsveç və Finlandiyanın terrorizmlə mübarizə və müdafiə sənayesi sahələrində qanunvericiliyi və tətbiqetmə mexanizmlərini yenidən nəzərdən keçirmək haqqında öhdəlik;
- Terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat paylaşımlarına dair formalaşdırılmış əməkdaşlıq mexanizminin təsis edilməsi;
- Terror törədən cinayətkarların təhvil verilməsi məsələsində konkret addımların atılması və ikitərəfli səviyyədə məsuliyyət yaradan normaların formalaşdırılması;
- PKK və törəmələrinin, uzantılarının ianə yığmasının, üzv cəlbetmə fəaliyyətlərinin qadağan olunması və bunların araşdırılması;
- Türkiyəyə qarşı terror təbliğatının əngəllənməsi;
- Finlandiya və İsveçin AB Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Mərhələsi (PESKO) də daxil olmaqla təşkilatın təhlükəsizlik mexanizmlərinə qatılmasının ən geniş şəkildə dəstəklənməsi;
- Bu addımların tətbiqinin yoxlanılması üçün ədliyyə, xüsusi xidmət və təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Ortaq Mexanizmin qurulması.