Zelenskidən BMT TŞ-yə: Rusiyanı çıxardın!
Ukrayna Prezidenti Vladimir Zelenski BMT-ni Rusiyanı terrorçu dövlət kimi tanımağa və onu BMT Təhlükəsizlik Şurasından çıxarmağa çağırıb.
BMT Təhlükəsizlik Şurasında videobağlantı formatında çıxış edən Ukrayna lideri Rusiyanın qurumun səsvermələrində iştirak etmək haqqı olmadığını bildirib:
"Mən sizi terror dövlətinin BMT Baş Assambleyasındakı nümayəndə heyətini səlahiyyətlərindən məhrum etməyə çağırıram. Mümkündür, lazımdır, ədalətlidir. Rusiyanın BMT Təhlükəsizlik Şurasında qalmağa haqqı yoxdur. Rusiya BMT-nin ixtisaslaşmış təşkilatlarının fəaliyyətində iştirak etməkdə davam edir və hətta BMT Təhlükəsizlik Şurasının daimi üzvü imtiyazlarından istifadə edir. Biz Rusiyanı terrora görə məsuliyyətə cəlb etməliyik”.