Rusiyadan Finlandiya və İsveçə XƏBƏRDARLIQ
Dərc olunub:
29-06-2022, 17:02
Rusiya NATO-nun Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olması ilə bağlı qərarına mənfi münasibət bəsləyir və bunu beynəlxalq münasibətlərdə sırf sabitliyi pozan amil hesab edir.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, sammitdə qəbul edilmiş qərarlar yalnız alyansın Rusiyanın aqressiv şəkildə cilovlanması istiqamətində kursunu möhkəmləndirir: “Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı kompensasiya tədbirləri görməyə məcbur olacaq. Bundan fayda götürən olmayacaq”, - o əlavə edib.