Kanadada soyğunçular güllələndi, 6 polis yaralandı
Kanadanın Saaniç şəhərində iki silahlı şəxs soyğunçuluq məqsədi ilə banka daxil olub.
Xarici KİV xəbər verir ki, soyğunçuların polisə atəş açması nəticəsində qarşıdurma baş verib.
Qarşıdurmada 2 şübhəli məhv edilib, 6 polis əməkdaşı yaralanıb.
Polislərdən 3-nün vəziyyətinin ağır olduğu, bank işçilərinin xəsarət almadığı açıqlanıb.