Zəngilan səfəri siyasi dialoqun davam etdirilməsidir44 günlük Vətən Müharibəsindəki tarixi Qələbəmizdən sonra bölgədə yeni geosiyasi reallıqlar formalaşdığı kimi, Azərbaycanın ictimai-siyasi mühitində də yeni ənənələr təşəkkül tapmaqdadır. Bu ənənələrdən biri də siyasi partiyaların rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə dövlət səviyyəsində ardıcıl səfərlərinin təşkil edilməsidir. Partiya sədrlərinin, siyasi şərhçilərin və media nümayəndələrinin ötən gün baş tutan Zəngilan səfəri də bu yeni ənənənin davamlılığının göstəricisidir.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən Zəngilan səfərində sözügedən şöbənin müdiri Ədalət Vəliyevlə bərabər, 40 siyasi partiyanın rəhbəri, 6 politoloq və 20-yə yaxın KİV nümayəndəsi təmsil olunurdu.

Mən bu səfərimizi həm təşkilatçılıq baxımından, həm də siyasi və mənəvi-psixoloji nöqteyi-nəzərdən uğurlu, yaddaqalan səfər kimi qiymətləndiririrəm. İqtidar rəsmilərinin və müxalifət partiyalarının birlik, həmrəylik ab-havası şəraitində işğaldan azad olunmuş ərazilərə birgə səfərlərinin təşkili xoş bir ənənə halını almaqla bərabər, həm də cəmiyyətimizə və dünyaya çox önəmli ismarıc vasitəsidir.

Bu səfərlərə ilk növbədə son illərdə ölkəmizdə iqtidarla siyasi partiyalar arasında təşəkkül tapmaqda və dərinləşməkdə olan dialoq mühitinin əyani təzahür forması kimi baxmaq lazımdır. Bundan əvvəl Ağdam və Şuşaya yollanan partiya sədrləri və iqtidar rəsmiləri siyasi dialoq mühitinin formalaşdırılması üçün etibarlı zəmin yaratmışdılar. Zəngilan səfərimiz isə siyasi uzlaşmanın və dialoqun uğurla davam etdirilməsi üçün daha isti və səmimi ortam yaratdı.

Prezident İlham Əliyevin himayəçiliyi ilə baş tutan bu səfərlər iqtidar-müxalifət münasibətlərini və siyasi konfiqurasiyanı keyfiyyətcə yeni müstəviyə daşıyır. Bu baxımdan, Zəngilan səfərini siyasi dialoqun davam etdirilməsi və birlik, əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində irəliyə doğru atılmış daha bir addım kimi dəyərləndirirəm.

Səfərin marşrutu da uğurlu seçilmişdi. Belə ki, biz əvvəlcə Cəbrayıl rayonuna səfər etdik, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən Aprel döyüşlərinin simvoluna çevrilən Lələtəpə ətəklərində minaların zərərsizləşdirilməsi prosesini əyani şəkildə izlədik. Sözügedən agentliyin qəhrəman və peşəkar əməkdaşları ərazidə aparılan minatəmizləmə əməliyyatlarının gedişatı barədə bizə ətraflı məlumat verdilər.

Zəngilan rayonunda isə bərpa-quruculuq işləri ilə, həmçinin Ağalı kəndində uğurla həyata keçirilən ilk "Ağıllı kənd" layihəsi ilə yaxından tanış olduq. Qeydedim ki, Zəngilanda aparılan bərpa-quruculuq işləri öz sürətliliyi və əhatə dairəsinin genişliyi ilə dərhal diqqəti cəlb edir. Orada gördüklərimiz bizim hamımızı həm çox sevindirdi, həm də qürurlandırdı. Dövlətimizin gücü ilə, potensialı ilə, əzmkarlığı ilə gerçəkdən qürur duyduq. Bunca nəhəng miqyaslı işlər heç bir xarici yatırımlar olmadan, beynəlxalq təşkilatlardan kreditlər istənilmədən, yalnız öz dövlətimizin resursları ilə həyata keçirilir. Bununla qürur duymamaq mümkün deyil.

Amma bu o demək deyil ki, beynəlxalq təşkilatlar da erməni vandalizminin ağır nəticələrinin aradan qaldırılması prosesində ölkəmizi tək buraxmalıdırlar. Onlar Azərbaycana ən azından minaların təmizlənməsində və işğalçı ölkənin bizə təzminat ödəməyə məcbur edilməsində ciddi dəstək verə bilərlər. Əfsuslar olsun ki, biz bu istiqamətdə hələlik ümumi bəyanatlardan başqa heç nə görmürük. Ancaq bütün hallarda ümid edirik ki, beynəlxalq təşkilatlar quru vədlərdən və bəyanatlardan əməli işə keçəcəklər.

Mən işğaldan azad edilmiş Zəngilana belə bir səfərin təşkil ediləcəyini eşidəndə sözün düzü, çox sevindim. Çünki Zəngilan da mənə doğma Qubadlım qədər çox əzizdir. Zəngilanla Qubadlı rayonu bir-birilə qonşudur. Mənim uşaqlıq illərim həm də Zəngilanda keçib. Həkəri çayı uşaqlıq xatirələrimin ən unudulmaz məkanlarından biridir. Ona görə də Zəngilana səfər etməyimiz məni çox duyğulandırdı.

Zəngilandan doğma Qubadlımın torpağının ətrini, boya-başa çatdığım Xanlıq kəndinin havasını aldım. Xüsusən də Həkəri çayına balıq buraxmağımız bu səfərin ən maraqlı anlarından biri oldu. Biz uşaq vaxtı burada balıq tutardıq. İllər sonra isə Həkəri sularına siyasətçi həmkarlarımızla birlikdə körpə balıqları ərmağan etdik. Bu yerlərin torpağı da, çayları da, gölləri də çox bərəkətlidir. "Böyük Qayıdış" baş tutandan sonra inşAllah bu yerlər yenə də əvvəlki barlı, bərəkətli günlərinə geri dönəcək. Buna heç bir şübhəmiz yoxdur.

Zəngilan Şərqi Zəngəzurun ən önəmli, strateji məntəqələrindən biridir. Təsadüfi deyil ki, regionun ilk "ağıllı kəndi" də məhz Zəngilanda araya-ərsəyə gətirilib. Zəngilan Beynəlxalq Hava Limanının inşası da uğurla davam etdirilməkdədir. Çox güman ki, bu hava limanı da 2022-ci ilin payız aylarında tikilib istifadəyə veriləcək. Beləliklə, Zəngilan bu gün "Böyük Qayıdış"a hazırlığın əsas mərkəz nöqtələrindən birinə çevrilməkdədir.

Ümumiyyətlə isə, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması bütövlükdə misli görünməmiş nəhəng bir layihədir. Bizim dövlətimiz bütün bu işləri az öncə də qeyd etdiyim kimi heç kimdən kömək ummadan, öz gücüylə edir. Biz də partiya sədrləri olaraq hər zaman öz Dövlətimizin, Prezidentimizi və Ordumuzun yanındayıq. Biz milli birliyimiz naminə görülən bütün işləri qeydsiz-şərtsiz dəstəkləyirik. Mənfur erməni işğalından azad edilmiş ərazilərimizin dirçəlişinə hər birimiz öz töhfəmizi verməliyik.

Bu torpaqlar uğrunda öz canlarından keçmiş şəhidlərimizi unutmamaq və unutdurmamaq isə vəfa borcumuzdur. Onların ruhları qarşısında baş əyir, qazilərimizlə qürur duyuruq. Qarabağın və Şərqi Zəngəzurun Azərbaycanımızın ən gözəl məkanlarına çevriləcəyi gün uzaqda deyil.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Ukraynada Rusiyanın 4 generalı, 21 polkovniki ÖLDÜRÜLÜBRusiya ordusunun Ukraynada ölən hərbçilərinin 17 faizi zabitdir.

Avrasiya.net xəbər verir ki, bu barədə BBC özəl mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, indiyədək müharibədə həlak olan zabitlərin azı 4 nəfəri general, 21-i isə polkovnikdir. Məlumata əsasən, müharibədə ölən 4010 hərbçinin adı müəyyən edilib. Lakin itkilərin tam siyahısı yoxdur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün səhər açıqladığı rəsmi statistikaya əsasən, Rusiyanın itkiləri aşağıdakı kimidir:

34.530 nəfər hərbçi;
1507 ədəd tank;
3637 ədəd zirehli döyüş maşını;
759 ədəd artilleriya sistemi;
241 ədəd reaktiv yaylım atəşi sistemi;
99 ədəd hava hücumundan müdafiə sistemi;
216 ədəd təyyarə;
183 ədəd helikopter;
622 ədəd pilotsuz uçuş aparatı;
137 ədəd qanadlı raket;
14 ədəd gəmi/qayıq;
2553 ədəd avtomobil avadanlığı və yük maşını;
60 ədəd xüsusi texnika.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
Ağstafada Aqrar İnnovasiya Festivalı keçirilibAğstafa Aqrar Sənaye Kompleksində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.

Festivalda Ağstafa RİH başçısı Seymur Orucov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, Ağstafa Aqrar Sənaye Kompleksinin icraçı direktoru Anar Orucov, Elmi-Tədqiqat institutlarının mütəxəssisləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.
Əvvəlcə festival çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təşəbbüsü ilə “İxraca hazırlıq diaqnostikası, brendləşmə və məhsul strategiyasının hazırlanması” təlimi və “Peyk sistemi əsasında nəqliyyatın monitorinqi” mövzularında məlumat sessiyaları keçirilib. Ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərin mütəxəssisləri öz uğurlu təcrübələrini, eləcə də təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları panel müzakirəsində bölüşüblər.

Daha sonra aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin innovativ məhsul və texnologiyalarını nümayiş etdiriblər.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov bildirib ki, bu festivalların əsas məqsədi ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların təşviqini və tətbiqini artırmaqdır.

Ağstafada keçirilən İnnovasiya festivalı sayca 9-cudur. Bundan əvvəl Quba, Ucar, Füzuli, Lənkəran, Şəki və digər rayonlarda keçirilib.

Ağstafa Aqrar Sənaye Kompleksinin icraçı direktoru Anar Orucov qeyd edib ki festivala Ağstafa ilə yanaşı, yaxın rayonlardan 630 fermer dəvət olunub və tədbirdə iştirak edirlər.
26 iyun - Silahlı Qüvvələr Gününü qalib Ordusu ilə qürurlanan qəhrəman xalq kimi qeyd ediriEtiraf edək ki, 30 il davam edən işğal dönəmində Ordu günlərində əsgər və zabitlərimizi təbrik etməyimizlə 44 günlük Vətən Müharibəsində möhtəşəm Zəfər tarixi yazan qalib Ordunu təbrik etmək tamamilə fərqli məqamlar, fərqli hisslərdir. 104 yaşlı qocaman Ordumuzu qalib xalqın övladları kimi təbrik etməyimiz içimizi fəxr və fərəh hissi ilə doldurur. Nə qədər xoş və qürurlu anlar yaşayırıq. Şükürlər olsun ki, artıq iki ildir ki, biz 26 iyun - Silahlı Qüvvələr Gününü qalib Ordusu ilə qürurlanan qəhrəman xalq kimi qeyd edirik.

Ordu mənim üçün müqəddəs məqamdır. Həm qazi kimi, həm də ehtiyatda olan zabit kimi ordu mənim həyatımın içindən keçib, ömrümün ən gözəl, ən qaynar illərini Ordumuza həsr etmişəm. Bu gün siyasi sferada olsam da, ancaq Ordumuzla təmaslarım davam edir. İnşAllah yaxın gələcəkdə əsgər atası olmağın sevincini yaşamaq da nəsibimiz olar. Ordumuz üçün layiqli əsgərlər yetişdirmək hər birimizin vətəndaşlıq borcumuzdur.

Mən fürsətdən istifadə edib Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyyətini Ordu bayramımız münsibətilə təbrik edir, hazırda xidmətdə olan bütün əsgərlərimizin hərbi xidmətlərini sağ-salamat və şərəflə başa vurub evlərinə, əzizlərinin yanına qayıtmalarını arzulayıram. Ali Baş Komandanımız İlham Əliyevə, bütün əsgər və zabitlərimizə, qazilərimizə partiya üzvlərimizin təşəkkürlərini bildirirəm.

Ordumuz varsa, Yurdumuz var! Allah Müzəffər ordumuzu qorusun! Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüz uğrunda şəhid olan igid övladlarımızın ruhları şad olsun!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Bakı metrosunda 2 sərnişin huşunu itirdiBakı metrosunda gənc qız və oğlan huşunu itirib.

Avrasiya.net xəbər verir ki, hadisə metronun “Gənclik” stansiyasında baş verib.

Sərnişinlərin qıcolmadan huşunu itirməsi ehtimal olunur.

Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətindən bildirilib ki, sərnişinlərə görə metropoliten işçiləri tərəfindən 2 təcili tibbi yardım briqadası çağırılıb. İlkin tibbi yardım göstəriləndən sonra sərnişinlər yollarına davam edib.
DTX-dən əməliyyat: bu şəxslər həbs edildiXarici ölkə vətəndaşlarının Azərbaycanın dövlət sərhədindən qanunsuz olaraq ölkə ərazisinə keçirilmələri barədə daxil olmuş məlumatlarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar aparılıb.

DTX-nin Mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - 1991-ci il təvəllüdlü Ağayev Rasif Nufiəli oğlu və 1970-ci il təvəllüdlü İsayev Ənvər Abasxan oğlunun İran İslam Respublikasında yaşayan müəyyən şəxslərlə qabaqcadan sövdələşərək həmin ölkədən xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli keçirilməsini təşkil etmələrinə əsaslı şübhələr yaranıb.

Müəyyənləşdirilib ki, Rasif Ağayev və Ənvər İsayev İran İslam Respublikası vətəndaşları ilə əlbir olub maddi maraq müqabilində adıçəkilən ölkənin ərazisində olan xarici ölkə vətəndaşlarının qeyri-leqal yolla Azərbaycana keçmələrinin təşkil edilməsi barədə razılaşmış və bu məqsədlə Rasif Ağayev gecəgörmə cihazı və digər texniki avadanlıqlardan istifadə etməklə Yardımlı rayonunun Arvana kəndindən dövlət sərhədini pozaraq İran İslam Respublikasına keçmiş, orada olan əcnəbiləri dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar gizli, qanunsuz Azərbaycan ərazisinə keçirib, onları qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq əvvəlcə Ənvər İsayevin Yardımlı rayonunun Arvana kəndində yerləşən evinə, oradan isə Bakı şəhərində özünə məxsus evə gətirib. Keçirilmiş əməliyyat tədbirləri zamanı hər iki şəxs, o cümlədən xarici ölkə vətəndaşları saxlanılıblar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rasif Ağayev və Ənvər İsayev Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir
TAİB nümayəndələri Bişkekdə  diaspor fəalları ilə görüşüblər - FotoTürk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndələri Qırğızıstana səfər zamanı “AZƏRİ” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar Hüquqşünası, I dərəcəli ədliyyə müşaviri Əzizağa Əliyev və diasporumuzun fəalları ilə görüşüblər.

Qonaqları səmimiyyət və ehtiramla qarşılayan Əzizağa Əliyev Türk Ağsaqqalları Birliyi – TAİB-in Qırğızıstana səfərini yüksək qiymətləndirdiyini bildirib.

TAİB sədri, akademik Sudeif İmamverdiyev rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, əsas hədəfləri və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verərək bildirib ki, TAİB yarandığı az vaxtda böyük layihələr həyata keçirib.

Təşkilat sədri Türkdilli dövlətlər arasında əlaqələrin inkişafına yönəlmiş layihələrin geniş vüsət almasından da danışıb.

TAİB sədri qeyd edib ki, rəhbərlik etdiyi təşkilat diasporumuzla da birgə layihələr həyata keçirməkdə maraqlıdır.

Görüşdə “Manas” Universiteti ilə Türk Ağsaqqalları Birliyinin birgə keçirdiyi konfransdan da söhbət açılıb.

Qeyd edək ki, iyunun 13-də Bişkekdə Türk Ağsaqqalları Birliyi – TAİB, Qırğızıstan-Türkiyə “Manas” Universiteti və Azərbaycanın Qırğızıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü ilə bağlı, “Tarix yazan liderlər” mövzusunda təntənəli konfrans keçirilib.
Siyəzəndə 26 İyun Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilibİyunun 24-də Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib.

Gənclər Mərkəzində təşkil olunan görüşdə Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailərinin üzvləri, Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçiləri və gənclər iştirak ediblər.

Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Siyəzən rayon təşkilatının sədri Nəbi Əliyev, Vətən müharibəsi iştirakçısı, şəhər 3 saylı tam orta məktəbin Hərbi rəhbəri İlkin İlyasov və digərləri tədbirdə çıxış edərək görüş iştirakçılarını Silahlı Qüvvələr günü münasibəti ilə təbrik ediblər.

Çıxışlarda bildirilib ki, məhz Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Vətən müharibəsində böyük Qələbə qazanıldı, ərazi bütövlüyümüz təmin edildi. Xalqımızın Vətən müharibəsində möhtəşəm Qələbə əldə etməsində Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik qabiliyyəti, onun rəhbərliyi altında səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli hazırlanması, əsgər və zabitlərimizin yüksək əhvali-ruhiyyəsi və döyüş hazırlığı, Ordu ilə xalq birliyi, inkişaf etmiş hərbi-sənaye kompleksi, güclü və çoxşaxəli iqtisadiyyat misilsiz rol oynadı.

Belə görüşlərin keçirilməsində də əsas məqsəd Vətən müharibəsi iştirakçılarının cəmiyyətə tanıdılması, Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənc nəsil arasında təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin gücləndirilməsidir.

Çıxışlardan sonra tədbirdə məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, Silahlı Qüvvələr gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.


#SilahlıQüvvələrgünü #VətənMüharibəsi #Zəfər #Qələbə #QarabağAzərbaycandır #DəmirYumruq #SiyəzənGİİ #AZEyouth #AZEgənc #Gənclərİdman
Rusiya şirkətləri Qarabağın bərpasında maraqlıdırRusiya şirkətləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yenidən qurulmasına qoşulmaqda maraqlıdır.

Avrasiya.net xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.

"İki ölkə birgə layihələr üzərində işləyir və 2021-ci ildə ticarət rekord həddə çatıb. Moskva və Bakının üzərində işləmək barədə razılığa gəldiyi yeni layihə Şimal-Cənub nəqliyyat dəhlizidir və onun bir hissəsi Rusiya Federasiyası, Azərbaycan və İran ərazisindən keçəcək", - deyə XİN başçısı bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib.
NATO Rusiya ilə müharibəyə hazırlaşır - LavrovAB və NATO İkinci Dünya müharibəsi zamanı Hitlerin etdiyi kimi, Rusiya ilə müharibə üçün koalisiya qurur.

Avrasiya.net xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov Azərbaycana səfəri zamanı deyib.

“AB-nin indiki rusofob ittihamının hansısa şəkildə dağılacağına və ya dəyişəcəyinə dair heç bir illüziyamız yoxdur, lakin bu, avropalıların seçdiyi yoldur. İkinci Dünya müharibəsi başlayanda Hitler SSRİ-yə qarşı müharibəyə Avropa ölkələrinin çoxu olmasa da, əhəmiyyətli bir hissəsini öz bayrağı altında topladı. İndi AB NATO ilə birlikdə Rusiya ilə döyüşmək və bütövlükdə müharibə aparmaq üçün müasir koalisiya toplayır”, - o bildirib.