Rus ordusu Xarkovu atəşə tutdu: ölənlər var

Rus ordusu Xarkovu atəşə tutdu: ölənlər varUkraynanın Xarkov vilayətində rus ordusunun atəşə tutması nəticəsində iki nəfər həlak olub, on nəfər yaralanıb.

Bu barədə Xarkov vilayət hərbi administrasiyası məlumat yayıb.

“İyunun 23-də rus işğalçılarının Xarkov vilayətini atəşə tutması nəticəsində yaralanan və ölən dinc sakinlər olub. Çuqev şəhərində altı yaralı var, onlardan ikisi uşaqdır. Çuqevski rayonunun Bolşaya Babka kəndində bir nəfər xəsarət alıb. Boqoduxovski rayonunun Zoloçiv şəhərində də bir mülki şəxs yaralanıb.

Həmçinin, işğalçıların atəşə tutması nəticəsində İzyum rayonunun Andreyevka kəndinin iki sakini yaralanıb, İzyumski rayonunun Balakleya şəhərində isə iki nəfər həlak olub”, - məlumatda qeyd olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər