Rusiya şirkətləri Qarabağın bərpasında maraqlıdır
Dərc olunub:
24-06-2022, 15:32
Rusiya şirkətləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərin yenidən qurulmasına qoşulmaqda maraqlıdır.
Avrasiya.net xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə birgə Bakıda keçirilən mətbuat konfransında deyib.
"İki ölkə birgə layihələr üzərində işləyir və 2021-ci ildə ticarət rekord həddə çatıb. Moskva və Bakının üzərində işləmək barədə razılığa gəldiyi yeni layihə Şimal-Cənub nəqliyyat dəhlizidir və onun bir hissəsi Rusiya Federasiyası, Azərbaycan və İran ərazisindən keçəcək", - deyə XİN başçısı bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib.