Antiputin legionu 18 yaşlı əsgəri əsir götürdü – Foto
Dərc olunub:
24-06-2022, 11:41
“Rusiyaya Azadlıq” anti-Putin legionunun döyüşçüləri Luqansk ərazisindən səfərbərliyə cəlb edilən 18 yaşı tamam olmamış əsgəri əsir götürüblər.
Axar.az xəbər verir ki, bu barədə legionun Teleqram kanalında məlumat yayılıb.
“Bizim yenə də Luqansk şəhərindən səfərbər olunmuş daha bir əsirimiz var. Bu oğlanın hələ 18 yaşı yoxdur. Putin və onun adamları minlərlə günahsız insanın həyatını müharibə ocağına atırlar, artıq azyaşlılardan da istifadə edirlər”, - məlumatda deyilir.
Legion əsirin fotosunu da yerləşdirib, lakin onun üzü görünmür.