Avropaya sanksiya yox, sülh lazımdır - Orban
Dərc olunub:
24-06-2022, 13:56
Avropa inflyasiya və iqtisadi böhrandan əziyyət çəkir, ona görə də yeni sanksiyalar deyil, sülh danışıqları lazımdır.
Bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
“Avropa hərbi inflyasiya və hərbi-iqtisadi böhrandan əziyyət çəkir. Üstəlik, daha çox sanksiyalar tətbiq etmək ideyaları yaranmağa başlayıb. İndi bizə yeni sanksiyalar deyil, sülh lazımdır. Çünki hərbi inflyasiya zəhərinə qarşı yeganə addım sülhdür”, - Orban bildirib.