Vətən müharibəsi əlilləri və Agentlik əməkdaşları arasında Para Trap İdman Atıcılıq yarışı keçirilibVətən müharibəsi əlilləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əməkdaşları arasında Para Trap İdman Atıcılıq yarışı keçirilib.

Yarış Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi tərəfindən təşkil olunub.

Yarışdan əvvəl Agentlyin sədr müavini Ramin Rzayev və “Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev çıxışlarında ölkəmizdə sosial sahənin inkişafı, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində görülmüş işlərdən danışıblar.

Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, xüsusilə müharibə əlillərinə diqqət və qayğısı vurğulanıb. Əlilliyi olan şəxslər, müharibə iştirakçıları üçün sosial dəstək proqramlarının ildən-ilə genişləndirildiyi qeyd edilib.

Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda Agentliyin əməkdaşlarından və Vətən müharibəsi əlillərindən ibarət 17 nəfər Para Trap İdman Atıcılıq növündə öz güclərini sınayıblar.

Sonda qaliblərə mükafatlar, yarış iştirakşılarına sertifikatlar təqdim edilib.







Zelenski: "Rusiya ilə danışıqları tamamilə dayandıra bilərik"Ukrayna Rusiya ilə danışıqları tamamilə dayandıra bilər.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində deyib.

“Buna səbəb əsir götürülən mülki şəxslərin və əsgərlərin öldürülməsi olacaq. Əgər Rusiya onları öldürməyə davam edəcəksə, Moskva ilə diplomatik danışıqları davam etdirə bilmərik”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Ukrayna lideri daha əvvəl də bu barədə danışmışdı. O buna səbəb kimi Mariupolun müdafiəçilərinin məhv edilməsini göstərmişdi.
Almaniya kansleri: "Putin müharibədə qalib gəlməməlidir""Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə qalib gəlməməlidir və gəlməyəcək".

“Report” “Bild”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts mayın 6-da Hamburq şəhərində keçirilən tədbirdə bildirib.

"Rusiyanın Ukraynaya təcavüzü zamanımız üçün böyük fəlakətdir. Bu təcavüzkar və dağıdıcı müharibədən sonra dünya əvvəlki kimi olmayacaq, o artıq elə deyil”, - o vurğulayıb.
Maqsud Mahmudova 14 il həbs cəzası verilibUkraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib

"Report"un xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, dövlət ittihamçısı M.Mahmudovun 14 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.
"Adamı dediyi sözlərə görə peşman, linç etmək lazım deyil"Hər kəsin danışmaq, fikirlərini ifadə etmək və öz mövqeyini ictimailəşdirmək haqqı var. "Palmali" Şirkətlər Qrupunun prezidenti, dünyada tanınmış həmvətənlərimizdən biri olan Mübariz Mənsimov da belə bir haqqa sahibdir. Onun bu günlərdə Xural TV-nin rəhbəri Əvəz Zeynallıya verdiyi müsahibədə səsləndirdiyi fikirlərə də ilk növbədə məhz bu yöndən, bu açıdan yanaşmaq lazımdır. Adamı dediyi sözlərə görə peşman etmək, linç etmək lazım deyil.

Amma bir neçə gündür ki, biriləri durmadan Mübariz Mənsimovu həm sosial şəbəkələr üzərindən, həm də media üzərindən linç etməyə, qaralamağa çalışır. Xaricdəki “söyüş blogerləri”ndən tutmuş ölkəmizdəki bəzi siyasi partiya mənsublarına qədər – bir çoxları M.Mənsimovun “Siyasət meydanı” verilişində verdiyi açıqlamaların az qala hər cümləsini mikroskopla təftiş edir və onu siyasi baxışlarına görə ittiham edirlər.

Vaxtilə Mübariz Mənsimov həbs ediləndə onu müdafiə etməyə, ona mənəvi dəstək verməyə cəsarəti çatmayanlar indi onun məlum müsahibəsinə ittiham dolu yazılar və paylaşımlarla reaksiya verir, ona cürbəcür damğalar yapışdırmağa can atırlar. Dünən onun əlini sıxıb onunla görüşməyi özünə şərəf bilənlər, ondan maddi dəstək umanlar indi onu xain, satqın çıxarmaq üçün, ona qara ləkə yaxmaq üçün az qala yarışa giriblər.

Bir saytın rəhbəri isə özünü kriminal “avtoritet” zənn edərək hətta sosial şəbəkə hesabında təhdid xarakterli status paylaşıb, M.Mənsimovu sözügedən müsahibədə səsləndirdiyi bir fikirə görə hədələyib. Bu nə deməkdir? Azad fikirə qarşı bu necə dözümsüzlükdür?

Siz ölkəmizi qardaş Türkiyədə və dünyanın işgüzar çevrələrində ləyaqətlə təmsil edən az sayda soydaşlarımızdan birinə qarşı bu qədər aqressiya, kin püskürməklə nə demək istəyirsiniz, nəyə nail olmaq istəyirsiniz? Kimin düz, kiminin yanlış danışdığını ekspert kimi təyin etmək haqqını sizlərə kim verib? Öz xalqımızın az-çox uğur qazanmış nümayəndələrinə qarşı rəğbətlə yanaşmaq əvəzinə, nədən onlara qənim kəsilirsiniz? Bəs bizim milli birlik hissimiz harda qaldı? Budurmu bizim milli həmrəylik performansımız?

Biz bu cür kütlə psixologiyası ilə, total nifrət və dözümsüzlüklə, söyüş ritorikası ilə heç vaxt sivil və güclü cəmiyyətə çevrilə bilmərik. Biz bizim kimi düşünməyən insanları, fərqli mövqedən çıxış edən şəxsləri dinləmək mədəniyyətini nəhayət ki, özümüzdə formalaşdırmalıyıq.

Bizim fikirlərimizə əks mövqedə olan fikirlərlə razılaşmasaq da belə, amma o fikirlərə sayğı duymalıyıq, hörmətlə yanaşmaq vərdişini mənimsəməliyik. Bir sözlə, bütün əks fikirlərə dözümlə yanaşmağı bacarmalıyıq. Çünki cəmiyyət məhz bu kimi müsbət xüsusiyyətləri ilə güclü olur. Milli həmrəylik də məhz bu dəyərlərin üzərində formalaşır.

Bu gün Mübarizi və ya qeyrisini bir göz qırpımında linç etmək, toplumun gözündən düşürmək çox asandır. Amma Mübariz Mənsimov çapında iş adamlarını yetişdirmək üçün Azərbaycana on illərlə vaxt lazımdır. Odur ki, kütləyə qoşulub Mübariz Mənsimov kimi fəal soydaşlarımızın haqqında əsassız fikirlər səsləndirməzdən öncə hər kəsin yüz ölçüb bir biçməsində, ciddi-ciddi düşünməsində fayda var.

Biz uğur qazanmış insanlarımızı zirvədən düşürüb linç etməyə yox, onları qorumağa və onlara dəyər verməyə çalışmalıyıq. Müasir Hacı Zeynalabdin Tağıyevlərin yetişməsi bizim özümüzdən, iş adamlarımıza necə dəyər verməyimizdən asılıdır. Biz uğur qazanmış insanlarımızı toplumdan küsdürməməliyik!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Azərbaycanda daha 8 nəfər koronaya yoluxduAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 607 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 846 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 52 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 556, bu günə qədər isə ümumilikdə 6 829 482 test icra olunub.
“Moskva”dan sonra “Admiral Makarov” da VURULDURusiya ilə Ukrayna arasındakı müharibə həm də dənizdə şiddətli qarşıdurmalarla davam edir.

Modern.az xəbər verir ki, Ukrayna "Moskva" kreyserindən sonra Rusiyanın daha bir gəmisini hədəf aldığını açıqlayıb.

Ukrayna tərəfinin yaydığı məlumata görə, Qara dənizdə Rusiyanın “Admiral Makarov” gəmisi vurulub.

Ukraynalı deputat Oleksiy Qonçarenko Telegram səhifəsində “Admiral Makarov”un “Neptun” gəmi əleyhinə raketlə vurulduğunu bildirib.

Rusiya rəsmiləri hələlik mövzu ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, 510 nəfərlik ekipajı olmuş "Moskva" krayseri Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı idi. O İkinci Dünya Müharibəsindən sonra döyüşlərdə batmış ən böyük Rusiya hərbi gəmisidir. ABŞ gəminin aprelin 14-də "Neptun" raketləri ilə vurulduqdan sonra batdığını açıqlayıb. Rusiya isə bu iddiaları indiyədək təsdiqləməyib.

Onu da bildirək ki, 1983-cü ildə istismara verilən "Moskva" raket kreyseri 700 km mənzilə malik 16 ədəd "Vulkan" qanadlı raketlərlə silahlanmışdı.
“Araz” marketə 2,5 milyonluq maliyyə sanksiyası...İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində Araz Supermarketlər şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında Araz Supermarket MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

"Belə ki, “Araz supermarketlər" şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlıqlı reklamda əmtəələrin qiyməti, əldəetmə və ödəniş şərtləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Eyni zamanda həmin reklamda digər bazar iştirakçıları ilə əsassız qiymət müqayisəsi aparılaraq haqsız və qeyri-dəqiq reklama yol verilib. Bununla yanaşı reklam məlumatında digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların olduğu da aşkar edilib", - məlumatda deyilir.

Qərara əsasən Araz Supermarket MMC-yə fəaliyyətində haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə olunmasına yol verməməsi haqqında icrası məcburi olan göstəriş verilib və haqsız rəqabət yol verdiyinə görə MMC-yə 2 milyon 484,6 min manat maliyyə sanksiyası tətbiq edilib.
ADAU-da Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasımovun xatirəsi anılıbAzərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin 1993-cü il məzunları 29 il sonra tələbə yoldaşları Azərbaycanın Milli Qəhrəmanı şəhid İxtiyar Qasımovun xatirəsini anıblar.

Əvvəlcə tədbir iştirakçıları İxtiyar Qasımovun şərəfinə ucaldılan abidəni ziyarət edib, önünə tər çiçəklər düzərək Vətən uğrunda canından keçən bütün şəhidlərin və İxtiyar Qasımovun əziz xatirəsini ehtiramla yad ediblər.

Aqronomluq fakültəsində davam edən tədbirin ikinci hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbir iştirakçıları üçün tələbələrin hazırladığı vətənpərvər ruhda şeir və mahnılar səsləndirilib, milli rəqslər nümayiş olunub.

Tədbirdə ADAU-nun elmi işlər üzrə prorektoru, dosent Azad İbrahimov, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, şəhid İxtiyar Qasımovun ailə üzvləri, müəllim və tələbələr həmçinin, Universitetin Aqronomluq fakültəsinin 1993-cü il məzunları iştirak ediblər.

İxtiyar Qasımovun tələbə yoldaşı Sahib Məmmədov 29 ildən sonra ADAU-nun 60-a dək məzununun bir araya gələrək tələbə yoldaşlarının xatirəsini yad etməyi özlərinə borc bildiyini deyib: “Hamımız bu gün Gəncəyə doğma universitetimizə gələrək Milli Qəhrəman İxtiyar Qasımovun xatirəsini andıq. Bu işi onun tələbə yoldaşları olaraq özümüzə borc bildik. Həm də Aqrar Universiteti belə müasir, dünya universitetləri ilə rəqabət aparacaq səviyyədə görmək bizi çox qürurlandırdı”.

Şəhidin qardaşı Cəmil Qasımov tədbir təşkilatçılarına öz minnətdarlığını bildirərək torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət dilədiyini deyib: “İxtiyar 1990-cı ildə könüllü olaraq Ağdam rayonunun özünü müdafiə batalyonuna daxil olub. Ağdam və Ağdərənin əksər kəndlərinə gedən qanlı döyüşlərin iştirakçısı olub. 1992-ci il iyunun 14-də tək özü düşmənlə döyüşərək düşmənin 17 nəfər ermənini məhv edərək qəhrəmancasına şəhid olub”.

“Aqronomluq fakültəsinin tələbəsi olan İxtiyar Qasımov intizamlı, əlaçı və gözəl idmançı olmaqla bərabər o vaxtı universitetin bütün professor-müəllim heyətinin və tələbə kollektivinin böyük hörmətini qazanmışdır. Onun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır,”- İxtiyarın müəllimi olan ADAU-nun professoru Firudin Qurbanov onun haqqında xatirələrini danışarkən deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 9 dekabr 1992-ci ildə Qasımov İxtiyar Qasım oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.

Onun təhsil aldığı Ağdam rayonunun Kəngərli kənd orta məktəbi, Gəncə və Ağdam şəhərlərində bir küçə onun adını daşıyır.





“Heydər Əliyev  və Azərbaycan gəncliyi” mövzusunda esse müsabiqəsinin qalibləri təltif olunublarSiyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə keçirilən müsabiqəyə 40-a yaxın esse təqdim olunub. Aprel ayının 19-da elan olunan müsabiqə Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin və zəngin idarəçilik təcrübəsinin yetişməkdə olan gənc nəsil arasında təbliği, gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və istedadlı gənclərin üzə çıxarılması və məqsədi daşıyıb.

Mayın 6-da Gənclər Mərkəzində təşkil olunan təltif olunma mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçisi Günel Ağayeva Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri, həmçinin gənclərə onun tərəfindən göstərilən diqqət və qayğı barədə ətraflı danışıblar. Daha sonra müsabiqədə fərqlənən esselər oxunub. Sonda müsabiqədə yer tutan və fərqlənən şagirdlər fəxri fərmanlarla təltif ediliblər.

Müsabiqədə yer tutan şagirdlər:

I yer - Aynur Kərəmova (şəhər 1 saylı tam orta məktəbin şagirdi)
II yer - Xəzangül İsmayılova (şəhər 6 saylı məktəb-liseyin şagirdi)
III yer - Ağayeva Humay (şəhər 2 saylı tam orta məktəbin şagirdi)
III yer - Zalova Fatimə (Gilgilçay qəsəbə tam orta məktəbin şagirdi)

Müsabiqədə fərqlənən şagirdlər:

Rəşidə Hüseynli (şəhər 1 saylı tam orta məktəbin şagirdi)
Naibə Məmmədova (şəhər 3 saylı tam orta məktəbin şagirdi)
Babayev Pərvin (şəhər 3 saylı tam orta məktəbin şagirdi)
Əli Abdullayev (şəhər 5 saylı tam orta məktəbin şagirdi)
Nargilə Nəzərova (Böyük Həmyə kənd tam orta məktəbin şagirdi)
Elşən Qazıxanov (İnteqrasiya təlimli internat tipli gimnaziyanın şagirdi)








#ÜmummilliLider99 #HeydərƏliyev99 #essemüsabiqəsi #müsabiqə #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz