Sizin Reklam Burada

Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilib

Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı qeyd etmişdir. Bir çox məsələlərə toxunan ölkə başçısı qeyd etmişdir ki, 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızda mənfur düşmənlərimiz tərəfindən vandalizm aktları həyata keçirilmişdir.

Ermənilər demək olar ki bütün yaşayış məntəqələrimizi, şəhər və kəndlərimizi, eyni zamanda tarixi, mədəni və dini abidələrimizi yerlə yeksan etmişdir. Bu dağıntılar və vəhşiliklər bütün dünyaya bir daha erməni vandalizminin miqyasının hansı səviyyədə olmasını nümayiş etdirmiş və eyni zamanda bu dağıntıları törətməklə ermənilər bu torpaqların onlara məxsus olmadığını sübuta yetirdilər.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, biz Azərbaycan xalqı olaraq Vətən müharibəsində əldə etdiyimiz böyük qələbədən sonra öz doğma torpaqlarımıza qayıtmışıq. Düşmənlərimizin törətdikləri dağıntılar bizi az da olsa məyus etsə də ruhdan düşmürük. Bizim üçün önəmli olan torpağın üstündəkilər deyil, torpağın özüdür.

Cənab Prezidentimizin də dəfələrlə vurğuladığı kimi, biz azad edilmiş bütün torpaqlarımızı bərpa edəcəyik və keçmiş məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız da yaxın gələcəkdə doğma yurdlarına qayıdacaqlar. Artıq bu istiqamətdə dövlətimiz tərəfindən genişmiqyaslı infrastruktur layihələri icra edilməkdədir. Belə ki, Füzuli rayonunda qısa vaxt ərzində inşa edilərək istifadəyə verilmiş beynəlxalq hava limanı, eyni zamanda Zəngilanda və Laçında inşası davam edən hava limanları Azərbaycan xalqının və dövlətinin qüdrətinin bariz sübutudur.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda bütün dünyanın qibtə etdiyi layihələr həyata keçirilməkdədir. Yol infrastrukturu layihələri uğurla davam etdirilir. Müasir tələblərə cavab verən yeni avtomobil və dəmir yolları, körpü və tunellər inşa edilir. Bununla yanaşı elektrik, qaz, su və telekomunikasiya xətləri tam yenidən qurulur.

Yaşayış məntəqələrinin inşasına gəldikdə isə bildiyimiz kimi birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulmaqdadır və bu sayədə Ağalı kəndi böyük və rahat yaşayış məntəqəsi olacaqdır. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan dövlətimizn bu istiqamətdəki planlarını görə bilər.

Hər kəs görməkdədir ki, burada işlər necə planlı və sistemli şəkildə aparılır və bütün amillər necə nəzərə alınır. Yeni yaşayış məntəqələri inşa edilərkən dövlətimiz ilk öncə insanlarımızın həyatının təhlükəsizlik, rahat, rifah halında olmasını və onların məşğulluq vəziyyətini və gələcək inkişafını düşünür. Bu məqsədlə müasir tələblərə cavab verən evlərlə yanaşı, əhalimizin məğulluq vəziyyətini yaxşılaşdırmaq məqsədilə yeni müəssisələrin yaradılması da nəzərdə tutulmuşdur. Görüləcək işlər yekunlaşdığı zaman inanırıq ki, tezliklə soydaşlarımızın öz yerdlarına qayıtması ilə bu torpaqlarda həyat yenidən canlanacaq və Azərbaycan dövlətinin Qarabağda apardığı tikinti-quruculuq işləri bütün dünya üçün nümunə olacaqdır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər