Sizin Reklam Burada

ABŞ supergüc olmağa yaxınlaşan ölkənin qarşısında sədd çəkir

ABŞ supergüc olmağa yaxınlaşan ölkənin qarşısında sədd çəkirAmerika politikasında əsas arenanı Orta Şərq təşkil edir. 2010-2011-ci illərdəki demokratiya adı altında "ərəb baharı" hadisələrinin baş verməsi, Orta Şərqə hərbi bazalar yerləşdirməsi buna dəlalətdir. ABŞ okeanın o üzündə olmasına baxmayaraq bu üzünə də sözünü keçirdə bilir.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Elman Vəliyev deyib.

Politoloqun fikrincə, İkinci Dünya müharibəsi dövründə ABŞ Britaniya və SSRİ üçün Lend-liz qanununu (borc, kirayə vermək) qəbul etmişdi. Daha sonra Trumen doktrinası, Marşal planı vasitəsilə Avropanı özündən asılı salmağa çalışdı: "ABŞ görür ki, hansı dövlət super güc olmağa yaxınlaşır, mütləq onun qarşısında sədd çəkir. Almaniyanın məğlub olmasından sonra SSRİ güvənməyə başladı və ABŞ Soyuq müharibə politikası ilə onun qarşısını aldı. Bu gün də Amerika eyni siyasəti yeridir. Amerika Rusiyanın tərəfini saxlayan hər bir dövlətə qarşı aqressivlik, Rusiyanın rıçakından çıxmaq istəyənə isə yumşaq üz nümayiş etdirir. Sudan, Macarıstan, Belarus, Çin, Serbiya kimi dövlətlərə təzyiqlər edir, çünki onlar Rusiyanın safında dayanır. Lakin Ermənistan, Ukrayna, Gürcüstan, Finlandiya, Moldova kimi dövlətlərə isə yardımını əsirgəmir. Bu dövlət Moskvanın caynağında olsalar da, zəncirləri qırmağa meyillidirlər".

Önəmli məqamlardan biri də, burasındadır ki, zəncirləri qırsalar belə, başqa bir zəncirə düçar olacaqlar. Amerika onları sevdiyi üçün deyil, öz gücünə güc qatmaq üçün edir. Bu da format olaraq asılılıq nümunəsidir:

"Amerika tərəfi bu yaxınlarda Ermənistan ilə nüvə əməkdaşlıq müqaviləsi imzaladı. Amerika "Demokratiya sammitində" Ermənistanı çağırır, ancaq Azərbaycanla Türkiyəni çağırmır. İndi guya, Ermənistan kimi dövlət Türkiyədən və Azərbaycandan daha demokratikdir. Ermənistanda son vaxtlar Paşinyan əleyhinə etiraz aksiyaları böyüyür və bu aksiyalar qol gücünə yatırılır. Amma bunlar göz ardı edilir. Çünki Ermənistan strateji mövqeyə malikdir. Ermənistanı Rusiyanın müstəmləkəsindən çıxartmaq Amerikaya daha sərf edir. Amerika üçün demokratiya maraqlarını həyata keçirmək üçün istifadə etdiyi ən yaxşı kartdır! Lakin Ermənistanın Rusiya əleyhinə addımlar atması özünə ziyandır. Kreml bu gedişatları Paşinyana bağışlamaz. Bağışlasa, başına problem olacağını bilir.

Paşinyanın yerinə Sarksiyan-Köçəryan (Köçəryan daha irəlidədir) hakimiyyətlərindən biri olarsa, Azərbaycanla münasibətlərdə müəyyən qədər korlanma olacaq. Çünki əgər yeni hakimiyyət olarsa, bu hakimiyyət xalqa vədlər verərək iqtidara yüksələcək. Xalqın da əsas istədiklərindən biri Azərbaycanın şərtlərini qəbul etməməkdir. Ancaq Azərbaycan tərəfi Ermənistanın atdığı addımlardan asılı olmayaraq öz maraqlarını həyata keçirdəcək. Prezident İlham Əliyev də bu məqamları xüsusi olaraq, vurğuladı. Prezident bəri başdan ismarışlarını verdi".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər