"Bakı ilə Tehran arasında yüksək səviyyəli təmaslar qurulacaq"

"Bakı ilə Tehran arasında yüksək səviyyəli təmaslar qurulacaq"Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə iki ölkənin rəsmiləri arasında yüksək səviyyəli səfərlərin yaxın gələcəkdə də davam edəcəyini bildirib.

İSNA-ya müsahibəsində Əli Əlizadə ilki İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qarabağda keçirilən sammitindən də bəhs edib.

Səfir xatırladıb ki, İƏT sammiti işğaldan azad edilmiş Qarabağın Xankəndi şəhərində keçirilməsi Azərbaycan üçün mühüm məqamdır.

Ə.Əlizadə bildirib ki, İran Prezidenti Məsud Pezeşkian da iştirak etdiyi sammitin və onun əlavə tədbirlərinin nəticələrinin son dərəcə uğurlu olduğunu və liderlərin iqtisadiyyat, ticarət, enerji, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığı sürətləndirmək üçün göstərişlər verdiyini bildirib.

Əli Əlizadə vurğuladı ki, İƏT üzvü olan Azərbaycan əməkdaşlığı gücləndirməkdə və üzv ölkələr arasında münasibətlərin inkişafı üçün daha çox səy göstərməkdə qərarlıdır.

İqtisadi əməkdaşlığın gələcəyini qiymətləndirərkən səfir İƏT üzvü ölkələri arasında iqtisadi əlaqələrin inkişafına işarə edərək deyib:

"Üzvlər arasında ticarət həcmi hər il artır və mən əminəm ki, iqtisadi və ticari əlaqələr daha da güclənəcək".

İran-Azərbaycan münasibətlərinin "qardaşlıq və dostluq" müstəvisində olduğunu deyən Əlizadə əlavə edib: "Ümid edirəm ki, hər şey irəliləyəcək. Bildiyiniz kimi, İran Prezidenti artıq Azərbaycana iki uğurlu səfər edib və yaxın gələcəkdə iki tərəf arasında yüksək səviyyəli görüşlər və səfərlər baş tutacaq".

Modern.az

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər