Sizin Reklam Burada

"Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" - Komitə sədrinin çıxışı

"Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" - Komitə sədrinin çıxışıBu gün “Four Seasons Hotel”də Yeni Azərbaycan Partiyası (YAP) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş "Heydər Əliyev siyasəti: modern dövlət quruculuğundan böyük zəfərə doğru" mövzusunda konfrans keçirib.

Konfransda Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Baş nazirin müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və YAP-ın idarə heyətinin üzvləri, deputatlar iştirak edib.

YAP-çı deputat, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun konfransdakı çıxışını təqdim edirik:

Bu gün nuruna toplaşdığımız Ümmumilli Lider Heydər Əliyevin 99 illik yubileyini çöx böyük qürür hissi ilə qeyd edirik. Biz xoşbəxtik ki, Ulu Öndərin yaratdığı bir partiyada təmsil olunuruq! Biz xoşbəxtik ki, Müzəffər Ali Baş Komandanın sədrlik etdiyi partiyada təmsil olunuruq! Biz xöşbəxtik ki, 44 günlük zəfər müharibəsi ilə tarixə adını qızıl hərflərlə yazan Azərbaycan xalqının nümayəndələriyik! Biz fəxr edirik ki, Azərbaycanlıyıq!

Bu gün məruzəmin adının “Zamana sığmayan lider” seçilməsi təsadüfi deyil.

Belə ki, Heydər Əliyev irsinin öyrənilməsinə həsr olunmuş və hazırda Sizlərə təqdim edilmiş yenicə işıq üzü görən elmi monoqrafiyam məhz “Zamana sığmayan lider Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlanır. Çox qurur və fərəh hissi ilə kitabımı sizlərin tədim edirəm.

Hesab edirəm ki, bu monoqrafiya Azərbaycan xalqının işıqlı gələcəyini yalnız və yalnız Heydər Əliyev ideyaların yaşamasında görən bir ziyalı kimi tərəfimdən Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği sahəsinə verilmiş kiçik bir töhfədir.

İnsanların hər biri ömrünü bir zaman kəsiyində yaşayır, zamanın diqtəsi ilə hərəkət edirlər. Lakin tarixdə elə şəxsiyyətlər var ki, onlar vaxtdan ucada dururlar, zamana sığmırlar, zamanın gərdişini dəyişirlər bu gün nuruna toplaşdığımız şəxsiyyət Ümummili Lider Heydər Əliyev məhz belə şəxsiyyətdir.

Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun haqqında hər zaman yeni söz söyləmək mükündür. Çünki Heydər Əliyev tükənməz xəzinədir. Azərbaycan xalqı öz kimliyini məhz Heydər Əliyev ideologiyası ilə təsdiq etdi.

Nədir Heydər Əliyev ideologiyası? Təbii ki, ilk ağıla gələn azərbayçançılıq ideologiyasıdır.

Heydər Əliyevin yaradığı azərbaycançılıq ideologiyası özünəməxsusluğu ilə fərqlənir. Bu ideologiyanın formalaşması prosesinə diqqət edək. Bu ideologiya keçən əsrin əvvələrindən başlayaraq 3 mərhələdə formalaşmışdır.

1) Mətbuatda

2) Ədəbiyyatda

3) Dövlətçilik şüurunda

Heydər Əliyevin azərbaycançılıq ideologiyasında turançılıq, türkçülük və islam eyni uğurla özünü ehtiva edir.

Dövlət xalqın qalxanıdır. Dövlət olmadan xalq özünü realizə edə bilməz. Dövlət-Xalq vəhdətini yaratmaq üçün isə hökmən ideologiya lazımdır. Heydər Əliyevin dövlətçilik təfəkkürü bunu realizə etməyə imkan verirdi və məhz bu təfəkkürlə o azərbaycançılıq ideologiyasını yarada bildi.

Milli ideologiya xalqların özünüdərk prossesində və dünya xalqları içərisində öz yerini müəyyənləşdirməsində əsas faktordur.

Gəlin ideologiyaların dövlətlərə təsirinə bir neçə dövlətin nümunəsində diqqət edək.

1. Faşizm ideyalarının Almaniyanı hansı fəlakətlərlə üz-üzə qoyduğunun şahidləriyik;

2. Yəhudilik ideyası əsasında İsrail dövlətinin qurulmasının;

3. İdeologiyanın tarixi ənənələrə söykənən mühafizəkar İngiltərə timsalında şahidi oluruq.

Bu 3 ayrı-ayrı ideologiyaların dövlətlərə təsirinə baxsaq görərik ki, 1-sində fəlakət, 2-sində dövlətin yaradılması, 3-cüsündə isə sabitlik və inkişafına səbəb olmuşdur.

Azərbaycan isə bu gün vahid ideologiyası olan dövlətdir. Heydər Əliyevə qədər Azərbaycanda müxtəlif dövrlərdə mövcud olmuş ideoloji cəryanlar bəzi hallarda özünü hansısa çalarlarını qabartması nöqteyi nəzərdən starteji baxımdan özünü o qədər də doğrultmamışdır. Lakin Heydər Əliyev milli ideologiyada qızıl ortanı tapa bildi. Heydər Əliyev Hüseyn Cavidin simasında turançılığı sevdiyi kimi Mirzə Cəlil simasında azərbaycançılıq ideallarını sevirdi və bütün bu ideologiyaları mənimsəyərək improvizə etməyi bacardı. Bu ideallara bağlılıq sonradan Heydər Əliyevin siyasi fəaliyyətinin əsas qayəsinə çevrilmişdir. Təsadüfi deyil ki, türk birliyi ideyasının əsas ilhamverici qüvvəsi məhz Heydər Əliyev olmuşdur. Məhz Ümummilli Lider Sovetlər Birliyindən ayrılmış türkdilli xalqların zirvə toplantılarının keçirilməsi onların bir ideya ətarfında birləşməsinin onların iqtisadi-mədəni sahədə əlaqələrinin möhkəmləndirilməsinin ideya müəllifi olmuşdur.

Dahi şəxsiyyətin müasirlik və türkçülüyə olan münasibəti Xalq Cümhuriyyəti irsinə və onun yaradıcılarına olan münasibətdə görürük. Bu ideologiya hazırda uğurlu siyasətçi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin simasında da uöurla davam etdirilir. Nümunə kimi qeyd edim ki, işğaldan azad olunmuş torpaqlarımızın sərhədlərinin müəyyənləşməsində Azərbaycan Prezidenti məhz haqlı olaraq Cümhuriyyət dövrünün xərtilərinə istinad edir. Çünki biz Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin varisləriyik. Ermənistan isə Sovet Dövlətinin xəritələrinə istinad edir. Çünki onların dövləti Sovetlər Birliyinin dəstəyi ilə Azərbaycanın tarixi torpaqlarında süni şəkildə yaradılmışdır.

Bu məqamda bir diplomatımızın Ulu Öndərlə bağlı xatirələrinə diqqət edək.

1991-ci ilin yanvarında Rəsulzadənin Qazaxıstanın Karaqanda şəhərində yaşayan oğlu Azər Rəsulzadə Bakıya gəlir. O, Heydər Əliyevlə fəxr etdiyini və onunla görüşmək arzusunda olduğunu bildirir. 9 fevral 1991-ci il tarixndə Heydər Əliyevlə Şəhidlər Xiyabanının ziyarət etmək planlaşdırılır. Heydər Əliyevə Azərin onunla görüşmək istədiyini bildirirlər. O, məmnuniyyətlə görüşəcəyini bildirir. Görüş baş tutur Heydər Əliyevə Azərə atası Məhəmməd Əmin Rəsulzadə haqqında çox xoş sözlər deyir və artıq Azərbaycana qayıtması, doğma vətəndə yaşamağın zamanının gəldiyini bildirir. Azər Rəsulzadə isə Bakıda evinin olmadığını, ata-baba mülkünün ona qaytarılması, yaxud yaşamaq üçün Bakıda şərait yaradılması haqda müraciətinə hakimiyyət dairələri tərəfindən rədd cavabı aldığını bildirir. Onda Heydər Əliyev onun Naxçıvana gəlməsini və ona bütün şəraitin yaradılacağını bildirərək, Azəri Naxçıvana dəvət edir. Bu anda Azər kövrəldi və Heydər Əliyevə dərin minnətdarlığını bildirir. Ulu öndərin imzaladığı 18 dekabr 1995-ci il tarixli sərəncamla Fətəli xan Xoyskinin anadan olmasının 120 illiyi təntənəli surətdə qeyd olunmuşdur. Tiflisdə Fətəli xan Xoyskinin qəbrinin üstü götürülmüş, ətrafı abadlaşdırılmış, məzarı üzərində büstü ucaldılmışdır. Büstün açılışında Heydər Əliyev şəxsən iştirak etmiş və Fətəli xan Xoyskinin Azərbaycan xalqı qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişdir. Həmçinin Fətəli xan Xoyskinin Bakıda yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Heydər Əliyevin böyük diqqət və qayğısının nəticəsi idi ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı, mühacirət dövründə Fransada yaşamış və Parisdə dəfn olunmuş Əlimərdan bəy Topçubaşovun xatirəsinin əbədiləşdirilməsi üçün Fransa rəsmi dairələri təşəbbüs göstərdilər. 1998-ci il iyunun 3-də Fransa Xarici İşlər Nazirliyinin və Paris şəhəri bələdiyyəsinin yardımı ilə Əlimərdan bəy Topçubaşovun Parisdə yaşadığı Dekamp küçəsindəki 27 saylı binanın divarına xatirə lövhəsi vuruldu. Heydər Əliyev bu addımı yüksək qiymətləndirdi və dərhal Fransa Prezidenti Jak Şiraka minnətdarlıq məktubu ünvanladı.

MÜSTƏQİLLİYİN ƏSAS ATERİBUTLARINDAN OLAN MİLLİ DİLƏ MÜNASİBƏT

Heydər Əliyev 1969-cu ildə BDU-nin 50 yubileyində rus dilinin hegemonluq etdiyi bir vaxtda Azərbaycan dilində çıxış edərək. Milli dilə olan öz münasibətini sərgiləyir.

Tarixə nəzər salaq. Respublikanın SSRİ-nin tərkibində olduğu vaxtda, 1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Rus dilinin hakim dil olduğu Sovetlər Birliyi dönəmində buna nail olmaq qeyri-real görünürdü, lakin Heydər Əliyev dühası və cəsarəti bu məsələdə həlledici rol oynadı. Burada xüsusi vurğulamalıyıq ki, Sov.İKP MK-nın bu sahəyə məsul olan katibi Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya layihəsinə salınmasına etiraz edirdi. Hətta bəzi müttəfiq respublikaların rəhbərləri də bu məsələdə Heydər Əliyevə qarşı idilər. Ukrayna MK-nın birinci katibi Şerbitski Heydər Əliyevə qarşı çıxaraq deyirdi ki, siz konstitusiyanıza belə bir maddə yazdıqda gərək biz də dövlət dili haqqında maddə əlavə edək.

Lakin Azərbaycanın rəhbəri ona bildirir ki, sizə heç kim mane olmur, böyük respublikasınız, ölkədə sizin xüsusi çəkiniz vardır, istəsəniz yaza bilərsiniz, kimsə sizə mane olmaz. Ulu Öndərin o dövrdə xalqımız üçün necə böyük, müqəddəs iş görməsi bu gün Rusiya-Ukrayna münasibətləri fonunda daha aydın görünür. Heydər Əliyev L.İ.Brejnevə problemi əhatəli, dərin məntiqi ilə əsaslandırır və bu məsələni Azərbaycan xalqının xeyrinə həll edir. Azərbaycan dilinin Konstitusiya layihəsində əksini tapması ilə yanaşı, bu layihənin 73-cü maddəsində yazılan, hüquqi cəhətdən SSRİ-nin federativ dövlətdən unitar dövlətə keçməsinə zəmin yaradan "SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir" maddəsi də layihədən çıxarılır.

AZƏRBAYCAN SSR HİMNİNƏ RESPUBLİKA SÖZÜNÜN ƏLAVƏ EDİLMƏSİ

Heydər Əliyevin ana dilinə və doğma torpağa sıx bağlılığı Azərbaycanın yeni himninin müzakirəsi zamanı özünü bir daha büruzə verdi. O, Azərbaycana diyar, region kimi deyil, SSRİ-nin bərabərhüquqlu müttəfiq respublikası kimi baxır, onun hüquqlarını qətiyyətlə qoruyur, hətta hər ifadə üstündə təkidlə israr edirdi. Onun sədrliyi ilə keçirilən Azərbaycan KP MK-nın 1978-ci il 14 aprel tarixli iclasında respublikanın yeni himni haqqında məsələ müzakirə edilərkən məlum oldu ki, himnin mətnində "respublika" sözü yoxdur. Müzakirə zamanı Heydər Əliyev mətnə "respublika" sözünün salınmasının vacibliyini söyləyir. Çıxış edən bəzi şəxslər himnin mətninə "respublika" sözünün salınmasının heç cür alınmadığını deyirlər. Azərbaycanın rəhbəri isə israrla və açıq şəkildə bildirir: "Mən çox istərdim ki, "respublika" sözü mətndə olsun. Mənə deyirlər ki, heç cür alınmır. Mən hesab edirəm ki, belə sözün olmasına nail olmaq lazımdır. Biz Azərbaycan, dövlət, diyar haqqında danışırıq, amma bura respublikadır. Yaxşı olardı ki, burada "respublika" sözü olsun".

Təkidlərdən, məntiqli izahlardan sonra mətnə "respublika" ifadəsi daxil edildi və bəyənilərək Azərbaycan Ali Soveti Rəyasət Heyəti tərəfindən təsdiq olundu. Bununla bağlı Azərbaycan rəhbəri deyirdi: "Himn bizim ümumi iftixarımız, ümumi qürurumuzdur, sərvətimizdir. Mən özümü də hansısa dərəcədə bu himnin müəllifi hesab edirəm".

Əziz və dəyərli toplantı iştirakçıları, Heydər Əliyev dühası və onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri nəticəsində biz dünyada qalib xalq kimi qəbul edilmişik. Azərbaycanın aydın gələcəyi məhz Heydər Əliyev ideallarına sadiqlikdən keçir! Yubiley münasibəti ilə hamınızı bir daha təbrik edirəm və uğurlar arzulayıram!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər