72-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Dərc olunub:
6-05-2022, 13:33
Müharibənin 72-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 151 təyyarəsi, 112 helikopteri, 742 PUA-sı, 290 zenit-raket kompleksi, 2854 tank və digər zirehli texnikası, 329 reaktiv yaylım atəş sistemi, 1338 artilleriya və minaatanı, 2683 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.