Bayden: Rusiyaya qarşı döyüşməyəcəyik!ABŞ və NATO-dakı müttəfiqləri Ukraynada Rusiyaya qarşı döyüşməyəcək.

Bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

O bildirib ki, belə ssenari üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola bilər:

“Biz birləşmiş və ilhamlanmış alyansın bütün gücü ilə NATO ərazisinin hər qarışını müdafiə edəcəyik. Ukraynada Rusiyaya qarşı müharibə etməyəcəyik. NATO ilə Rusiya arasında birbaşa münaqişə III Dünya Müharibəsi anlamına gəlir və biz bunun qarşısını almağa çalışmalıyıq”.
“SAF Həyat Naminə”: Yeni layihənin icrasına start verib“SAF Həyat Naminə” Gənclər İctimai Birliyi fevralın 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnternat məzunlarının peşə təhsilinə cəlb edilməsinə dəstəyin göstərilməsi” adlı layihəsinin icrasına başlayıb və hazırda davam edir.

Layihənin əsas məqsədi layihə çərçivəsində respublika ərazisində fəaliyyət göstərən internat təhsili müəssisələrinin məzunları haqqında cəmiyyətin məlumatlandırılması və onların məşğulluğunun təmin olunması üçün TV-lərin rolunun artırılmasından ibarətdir.

Layihə çərçivəsində icra planına uyğun olaraq Abşeron rayonu Masazır qəsəbəsindəki “Məzun evi”ndə yaşayan 100 nəfər internat məzunları arasında sorğu keçirilir.

Sorğu bitdikdən sonra onların arasından seçim şərtlərinə əsasən 30 nəfər müəyyənləşdirilərək, TV kanalın birinə ekskursiya təşkil olunacaq. Eyni zamanda mütəxəssis tərəfindən həmin 30 nəfərə televiziya sahəsindəki işlərlə bağlı əhəmiyyətli təlimlər keçiriləcək. Təlim zamanı gənclərin peşə seçimiylə bağlı onlara yüksək səviyyədə motivasiya veriləcə.

İşə ehtiyacı olan internat məktəblərində təhsil almış məzunların maraqlarına uyğun olaraq müvafiq peşə təhsili müəssisələrinə yönləndirəcəklər. Yaş həddinə uyğun gənclərin işlə təmin olunmasında özəl TV kanallarından gələn təkliflər dəyərləndiriləcək.

Beləliklə, İnternat məzunlarının məşğulluğu təmin olunmuş olacaq. Bu layihə bitdikdən sonra da proses davam edəcək ki, bu da layihənin davamlılığına təminat vermiş olacaq.
Ukraynada şəhər meri oğurlandıUkraynanın Melitopol şəhərinin meri İvan Fedorov Rusiya hərbçiləri tərəfindən oğurlanıb.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko məlumat verib.

O bildirib ki, sonuncu dəfə İ.Fedorov yardım kampaniyası çərçivəsində göstərdikləri fəallığa görə Melitopol sakinlərinə Feysbuk səhifəsində təşəkkürünü bildirmişdi.
Ersin Tatar Antalyada Türk Dövlətləri Təşkilatının nümayəndə heyəti ilə görüşüb – FOTOAntalya Diplomatiya Forumu üçün Antalyaya səfər edən Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezident Ersin Tatar Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, nümayəndə heyətləri arasında görüş Nest Konqres və Sərgi Mərkəzində baş tutub.

Görüşdə KKTC prezidentinin rəhbərlik etdiyi heyətdə prezidentin müşaviri Okan Donangil, xüsusi təmsilçi Ergün Olgun, hüquq müşaviri Sülen Karabacak və beynəlxalq əlaqələr və diplomatiya xüsusi müşaviri Hüseyin Işısal yer alıb.
“Narkomaniya ilə mübarizədə cəmiyyətimiz səfərbər olmalıdır” – EkspertlərAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin “Narkomaniya aludəçiliyinin qarşısının alınması istiqamətində təşəbbüslərin dəstəklənməsi” adlı layihənin icrası davam edir.Təsviri Plana uyğun olaraq ZOOM üzərindən layihənin tələbələrlə müzakirəsi keçirilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) 100-dən çox tələbəsinin iştirak etdiyi müzakirədə qaldırılan problemin həll yolları, ”ağ ölüm”lə üz-üzə qalmış gənclər və digər yaş qrupundan olan şəxslərin bu zərərli vərdişlərdən çəkindirməyin vacibliyi diqqətə çatdırılıb.

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman İsa (Məmmədov) təmsil etdiyi təşkilatın fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, həmçinin narkomaniya ilə bağlı mövzunun aktuallığndan bəhs edərək, göstərdiyi dəstəyə görə, universitetin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra çıxış edən AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev gənclərin, tələbələrin sağlam həyat tərzinin təmin olunması, eləcə də onların bilik və bacarıqlarının artırlması üçün unversitetdə yaradılan şəraitdən danışıb.

Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin üzvü, millət vəkili, Sumqayıt Uşaq xəstəxanasının baş həkimi Müşfiq Məmmədli isə narkomaniya ilə mübarizədə təmsil etdiyi ali qanunverici orqanın atdığı addımlardan, bu problemin aradan qaldırılması üçün təşəbbüslərə toxunub.Ekspert daha sonra “ağ ölüm”ün yaratdığı fəsadlardan və cəmiyyətin, səhiyyə sisteminin üzərinə düşən vəzifələrdən nümunələr gətirib.

Tədbirə ekspert qismində qatılan “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyevanın da çıxışı tələbələrin marağına səbəb olub.Təşkilat sədri sağlamlıqla bağlı həyata keçirdikləri layihələrin icrası zamanı narkomaniya mövzusuna xüsusi diqqət yetirdiklərini dilə gətirib. O, tələbələrin diqqətinə çatdırıb ki, narkomanların səhlənkar davranışı, sterilizə olunmamış şprislərdən fasiləsiz istifadə digər təhlükəli xəstəliklərə yol açır.

Daha sonra çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Sürəyya Məmmədova, Azərbaycan Texniki Universitetinin tələbə-rektoru Şamil Nurullayev, həmin universitetin Energetika və Avtomatika fakültəsinin birinci kurs tələbəsi Şayəstə Hüseynova da mövzunun aktuallığından danışıblar.Tədbir sonra sual-cavab şəkilində davam edib.

Təşkilatdan bildirilib ki, layihənin icra müddəti 4 aydır.
“Şuşa ili”nə həsr olunan İntellektual Oyunu üzrə rayon çempionatının final mərhələsi keçirilibKənd gəncləri arasında “Şuşa ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə rayon çempionatının final mərhələsi keçirilib.

Siyəzən rayon Gənclər və İdman idarəsi, Təhsil Şöbəsi və GİKM-in Siyəzən nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Kəndin İntellektual gəncləri” layihəsi çərçivəsində çempionatın bu ilin yanvar-mart aylarında baş tutan məktəbdaxili seçim turlarında 45 komandanın tərkibində 300-ə yaxın gənc iştirak edib.

Layihə kənd gənclərinin dünyagörüşünün və intellektual səviyyəsinin yüksəldilməsi, onlara biliklərinin yoxlanması üçün imkanın yaradılması, intellektual oyunlara kənd gənclərinin marağının artırılması, istedadlı gənclərin aşkara çıxarılması, kənd gəncləri ilə əlaqələrin möhkəmləndirilməsi, həmçinin kəndlərdə yaşayan gənclərin ictimai həyatda daha fəal iştirakının təşviq edilməsi və könüllülüyün onlar arasında təbliğ olunması məqsədi daşıyıb.

Martın 11-də Gənclər Mərkəzində keçirilən final oyununda daha əvvəl seçim turlarında qalib gəlmiş 9 komanda iştirak edib. 2 turdan ibarət yarışın yekun nəticəsinə əsasən Zarat kənd tam orta məktəbini təmsil edən “Uğur” komandası I yeri tutaraq “Şuşa ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə rayon çempionatının qalibi olub. Gilgilçay stansiya tam orta məktəbin “Zəfər” və Gilgilçay qəsəbə tam orta məktəbin “Şuşa” komandaları isə reytinq xalına əsasən II və III yerləri bölüşüblər. İlk üç yeri tutan komandaya təşkilatçılar tərəfindən kubok və fəxri fərmanlar təqdim olunub.



#Şuşa #Şuşaİli #Shusha2022 #BöyükQayıdış2022 #QarabağAzərbaycandır #KəndinİntellektualGəncləri #NHN #NəHaradaNəzaman #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
"Avropalı parlamentarilər yenə Avropa dəyərlərini tapdalamaqdadır"Avropalı parlamentarilər yenə Avropa dəyərlərini tapdamaqda, yenə də haqqa-ədalətə tüpürməkdədirlər. Avropa Parlamentinin Azərbaycanın erməni mədəni irsini guya məhv etməsi barədə rüsvayçı qətnamə qəbul etməsi də bu acı həqiqəti bir daha təsdiqləyir. Sözügedən qətnamənin lehinə səs verənlərin say çoxluğu da olduqca heyrətləndiricidir: 635 nəfər lehinə, cəmi 2 nəfər isə əleyhinə səs verib. Bu nə deməkdir? Bu o deməkdir ki, Avropanın bütün siyasi elitasının, bütün düşünən başlarının cəmləşdiyi bir siyasi mərkəzdə, bir qanunverici qurumda yalnız iki nəfər ədalətli insan, iki nəfər haqq tərəfdarı olan deputat var. Bax, budur bugünkü Avropanın gerçək siyasi siması. Və bu sadəcə siyası sima deyil, bu həm də mənəvi-əxlaqi biabırçılıqdır.

Əslində Avropa Parlamentinin 635 deputatı da digər 2 deputat kimi 30 il davam edən işğal dönəmində Azərbaycanın bir çox şəhər və kəndlərinin, məzarlıqlarının və məscidlərinin, abidə və muzeylərinin yerlə-yeksan edildiyini, erməni vandalları tərəfindən dağıdıldığını, talan edildiyini yaxşı bilirlər. Ancaq bildikləri halda belə yenə də həqiqətin əleyhinə, saxtalığın lehinə səs verirlər. Çünki erməni təbliğatına ayaq uydurmaq və erməni “kart”ından istifadə etmək bu gün Avropa Parlamentindəki vicdan alverçilərinin işinə yarayır. Erməni yalanlarına, erməni iddialarına qarşı əks tərəfin – Azərbaycanın ortraya qoyduğu gerçək faktlar, 30 illik erməni vandalizmini ifşa edən real sübutlar AP üzvlərinə qətiyyən lazım deyil. Çünki onlar haqlı tərəfin yanında olmağa and içməyiblər.

Nə qədər acı bir həqiqət olsa da, bunu qeyd etməliyik ki, bu gün Avropanın parlamentariləri siyasətlə yox, siyasi “biznes”lə məşğul olmağa yönəliblər. İstənilən avroparlamentarinin dosyesində kirli məqamlar, rüşvətə və şübhəli lobbiçiliyə meyllilik faktları axtarıb tapmaq mümkündür. Ermənilərin xeyrinə qəbul edilən bu qətnamədən də rüşvət qoxusu gəlir. Böyük ehtimalla, erməni lobbisi qətnamənin qəbulu ərəfəsində avroparlamentarilərin əksəriyyəti ilə fərdi iş aparıb və necə deyərlər, onların səslərini, mövqelərini satın alıb. Avropa Parlamenti sözün əsl mənasında bazara çevrilib.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Azərbaycan QHT-ləri Avropa Parlamentinə etiraz etdi - MƏTNAzərbaycan QHT-ləri Avropa Parlamentinin qətnaməsinə etiraz bəyanatı yayıb.

Bəyanatda deyilir:

“Biz, QHT nümayəndələri, bir neçə dəfə beynəlxalq təşkilatlara və UNESCO-ya müraciət edərək Qarabağda və Ermənistan ərazisindəki Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında məlumat vermişik. Məhz Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşmişdir.

Azərbaycana qarşı olan ikili standartlar, rasist xarakterli yanaşmalar və islamafobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil etmişdir. Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərində ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul edilməsi Azərbaycana qarşı növbəti riyakarlıqdır.

Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırım həyata keçirib. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunmuşdur. Belə ki, XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların əsrlər boyu öz doğma torpaqları olan bugünkü Ermənistan ərazisindən kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmamışdır. Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Beləliklə Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilmişdir.

Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olan torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Lakin bu sadalanan faktlara baxmayaraq müyyən beynəlxalq təşkilatlar, Avropa Parlamenti üzvləri bu durumlara səssiz qalır və əksinə Azərbayan əleyhinə qətnamələr qəbul edirlər.

Beynəlxalq təşkilatlara ünvanlanmış öncəki müraciətlərimizdə tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilmişdir. Məsələn, digər faktlarla yanaşı vurğulanmışdır ki, Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb.

Ümumilikdə, Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıtmışdır. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda bütün insanlığa qarşı olan bir həqarətdir. Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, onillərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur.

Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır. Bu məqsədlə beynəlxalq hüquqda mövcud instrumentlər də istifadə edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.

Biz Azərbaycanda fəaliyyət göstərən QHT-lər ölkəmizlə bağlı qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnaməni ləğv etməyi tələb edirik.

Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu

İlqar Orucov - Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" ictimai birliyi,

Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu,

Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyəti,

Bahar Qasımova - Azərbaycan Qadınları Respublika Cəmiyyəti,

Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi,

Faiq İsmayılov - Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı,

Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

Səltənət Qocamanlı - "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" ictimai birliyi

Novella Cəfərova - "D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" ictimai birliyi

Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi

Şəlalə Həsənova - İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi,

Ayaz Mirzəyev - “Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi”,

Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi,

Mariya Hüseynova - “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi

Fərid Şahbazlı - İslahatçı Gənclər İctimai Birliyi,

Yusif Ağayev - “Dostluq" gənclərin əlaqələndirmə mərkəzi ictimai birliyi,

Cəsarət Hüseynzadə - "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi,

Nəsiman Yaqublu - “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” ictimai birliyi,

Telman İsa - "Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi,

Vüsalə Hüseynli - "İslahatçı qadınlar və innovasiyalar" ictimai birliyi,

Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi,

Fuad Abbasov - “Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi,

Fuad Hüseynzadə - "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyi,

Niyaməddin Orduxanlı - "Bələdiyyələrin İnkişafına Yardım" ictimai birliyi,

Aqil Ələsgər - "Qızılbaş" Gəncləri Maarifləndirmə ictimai birliyi,

Ceyhun Musaoğlu - "Jurnalist Ekspert Mərkəzi" ictimai birliyi,

Aqil Camal - "Ortaq Dəyərlər" ictimai birliyi,

Hafiz Səfixanov "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi,

Mehri Xanbabayeva - “Azərbaycan Tarixçiləri" ictimai birliyi,

Anar Xəlilov - "Sağlam İnkişaf və Maarifləndirmə" ictimai birliyi,

Ziba Nəbiyeva - "İnkişafa Doğru Qadın Təşəbbüsü" ictimai birliyi,

Ayaz Hüseynov - "Hemofiliyalı Xəstələr" İctimai Birliyi,

Fuad Əsgərov - “Qan Donorları Assosiasiyası” ictimai birliyi,

Könül Ağayeva - Rəqəmsal İnkişaf İctimai Birliyi,

Ramil Abbasov - "Spektr" sosial-iqtisadi araşdırmalar və inkişaf ictimai birliyi,

Müşviq Ələsgərli - "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" ictimai birliyi,

Elçin Mirzəbəyli "Bakı Natiqlik Məktəbi" ictimai birliyi,

Xatirə Vəliyeva - “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyi,

Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi,

Şahin Rəhmanlı - İrəli İctimai Birliyi,

Elşad Məmmədli - "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi,

Elvin Talışınski - "Elin Səsi" milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyi,

Cavid Şahverdiyev - Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi,

Kəmalə Ağazadə - "Azərbaycan Uşaqları" İctimai Birliyi,

Toğrul Allahverdili – “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” ictimai birliyi,

Əfsələddin Ağalarov - "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" ictimai birliyi,

Zülfiyyə Nuriyeva - "Sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək" ictimai birliyi,

Məleykə Əlizadə - "Gəncə Regional Qadın Mərkəzi" ictimai birliyi,

Samirə Mustafayeva - "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi ictimai birliyi,

Qalib Nəbiyev - “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” ictimai birliyi,

Yadigar Məmmədli - "Azərbaycan Demokratik Jurnalistlər Liqası" ictimai birliyi,

Samir Mehdizadə - “Təhsil Şurası” ictimai birliyi