Jirinovskinin vəziyyəti pisləşib - Həkimlər artıq proqnoz vermirlər
Rusiya Liberal-Demokrat Partiyasının (LDP) sədri Vladimir Jirinovskinin vəziyyəti həkimlərin ciddi narahatlığına səbəb olub.
Rusiya KİV xəbər verir ki, son məlumatlara görə, LDP liderinin durumu daha da pisləşib.
Vladimir Jirinovski fevralın 2-də koronavirus infeksiyasına görə ağırlaşmalarla təcili xəstəxanaya yerləşdirilib. Bir aydan artıqdır ki, siyasətçi yataq xəstəsi olaraq qalır, o, həyatı dəstəkləyən cihazlara qoşulub.
75 yaşlı Jirinovski süni komaya salınıb, partiya lideri gecə-gündüz süni nəfəs aparatındadır.
Şayiələrə görə, həkimlər deputatı əməliyyat etmək niyyətində olsalar da, risk etməmək qərarına gəliblər.
Xəstənin laborator müayinələrinin bir sıra göstəricilər istisna olmaqla normal olmasına baxmayaraq, ağciyərlərinin vəziyyəti kritik həddə yaxınlaşıb.
“Vladimir Volfoviçin saturasiyası 96%-dən 88%-ə enib”, - deyə xəsətəxanadakı mənbədən verilən son məlumatda bildirilib.