Rusiyanın atəşkəs üçün Ukraynaya 6 şərti
Rusiya müharibənin dayandırılması üçün Ukraynaya 6 şərtin dərhal icrasını tələb edir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası diplomatik mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, bu şərtlərdən 5-nin Ukrayna Konstitusiyası ilə gücləndirilməsi də tələb edilir.
Tələblər isə bunlardır:
1. NATO-dan imtina və neytral statusun elan edilməsi.
2. Rus dili – ikinci dövlət dili olmalıdır. Rus dilinin məhdudlaşdırılması ilə bağlı bütün qanunlar ləğv edilməlidir.
3. Krım Rusiyanın ərazisi kimi tanınmalıdır.
4. Luqansk və Donetsk “xalq respublikaları”nın müstəqilliyi tanınmalıdır və onların ərazisi tam şəkildə qəbul edilməlidir. Əvvəllər Donbasın Ukraynanın nəzarətində olan hissəsindən də Kiyev imtina etməlidir.
5. “Denasifikasiya”. Ultra-millətçilərin, nasist və neonasist partiya və ictimai təşkilatların fəaliyyəti qadağan olunmalı, nasist və neonasistlərin qərhəmanlaşdırılması barədə mövcud qanunlar ləğv edilməlidir.
6. Ukraynanın demilitarizasiyası. Hücum silahlarından tam imtina edilməlidir.