Sizin Reklam Burada

Azərbaycan – Türkiyyə münasibətləri regionun inkişafına xüsusi töhfələr verməkdədir

Azərbaycan və Türkiyə tarixi kökləri, taleyi, milli-mənəvi dəyərləri, dövlətçilik maraqları bir-birini tamamlayan, ortaq siyasi-iqtisadi maraqları olan qardaş ölkələrdir.

Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin "tək millət, iki dövlət” kimi atalar sözünə çevrilmiş müdrik kəlamı ölkələrarası münasibətlərin dərin mənasını bütün mahiyyəti ilə ifadə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətlərarası münasibətlər prosesində atdığı qətiyyətli addımlar möhkəm təməllərə əsaslanan tarixi qardaşlıq əlaqələrinin daha da inkişaf edərək möhkəmləndirilməsinə uğurla xidmət göstərir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün səviyyələrdə Azərbaycanın milli və dövlətçilik maraqlarını dəstəkləməsi qarşılıqlı əlaqələrin yeni mərhələyə doğru inkişaf etdirilməsinə öz töhfəsini vermişdir. Beləliklə, müstəqillik dövründə Azərbaycan-Türkiyə münasibətləri ardıcıl olaraq daim zirvədən-zirvəyə doğru inkişaf etmişdir.

Ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası münasibətlərin salnaməsinə yeni və parlaq səhifələr əlavə etmişdir. Əvvəla, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında müxtəlif sahələri əhatə edən və mühüm strateji əhəmiyyətə malik olan sənədin imzalanması demək olar ki, inkişafda olan siyasi-iqtisadi proseslərin daha da irəliyə aparılmasına böyük təkan vermişdir. Bundan başqa, ilk dəfə olaraq bir neçə yeni istiqamətdə mühüm strateji əhəmiyyətə malik addımların atılması əlaqələrimizin inkişafında yeni üfüqlərin açılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, Azərbaycan-Türkiyə rəhbərlərinin hər bir görüşü böyük məna daşıyır: "Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir”. Türkiyə Cümhuriyyətinin Prezidenti də ölkələrarası münasibətlərdə bütün sahələrdə həmrəylik və inkişafın ən yüksək səviyyədə davam etdiyini əminliklə bildirmişdir.

Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər