Bayden: Rusiyaya qarşı döyüşməyəcəyik!
Dərc olunub:
11-03-2022, 23:20
ABŞ və NATO-dakı müttəfiqləri Ukraynada Rusiyaya qarşı döyüşməyəcək.
Bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
O bildirib ki, belə ssenari üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola bilər:
“Biz birləşmiş və ilhamlanmış alyansın bütün gücü ilə NATO ərazisinin hər qarışını müdafiə edəcəyik. Ukraynada Rusiyaya qarşı müharibə etməyəcəyik. NATO ilə Rusiya arasında birbaşa münaqişə III Dünya Müharibəsi anlamına gəlir və biz bunun qarşısını almağa çalışmalıyıq”.