Bu klinika rusiyalı xəstələri qəbul etməyəcək – Şok sanksiya
Dərc olunub:
11-03-2022, 14:06
Almaniyanın Münhen şəhərində yerləşən “Latros” klinikası rus və belarus xəstələri qəbul etməyəcək.
Axar.az xəbər verir ki, klinikanın rəhbərliyi bu barədə rəsmi məlumat yayıb.
Bildirilib ki, Rusiya və Belarus vətəndaşlarının əməliyyatları da təxirə salınıb:
“Rusiya bizim azadlığımızı və demokratiyamızı təhdid edir. Ona görə də bundan sonra və növbəti bildirişə qədər heç bir Rusiya və Belarus vətəndaşı bizim tərəfimizdən müalicə olunmayacaq”.
Klinikanın qərarı sosial şəbəkələrdə bir çox insan tərəfindən tənqid olunub.