"Hamımız qanun qarşısında məsuliyyətimizi hiss etməliyik"El dilində desək, müğənninin, məmurun, deputatın, həkimin, QHT rəhbərlərinin, partiya sədrlərinin gözləri qara deyil ki, kefləri istəyəndə durub icazəsiz-flansız işğaldan azad olunmuş rayonlara getsinlər, oradan selfilər çəksinlər, "kabab məclisləri"nin videogörüntülərini paylaşsınlar, cəmiyyətə pis nümunə olsunlar. Bizim hər birimiz cəmiyyətə yaxşı mənada örnək olmağa çalışmalıyıq.

Hamımız qanun qarşısında məsuliyyətimizi hiss etməliyik. Bu baxımdan, mən işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarını, cərimə edilmələrini və ya həbs olunmalarını düzgün hesab edirəm. Daxili İşlər Nazirliyinin (DİN) bu cür şəxslərə qarşı prinsipial mövqe tutması təqdirəlayiq haldır.

Mən Qarabağdan, Şərqi Zəngəzurdan olan insanlarımızın torpaq, yurd həsrətini yaxşı başa düşürəm. Çünki mən özüm də işğaldan azad edilmiş rayonlardan birinin sakiniyəm. Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Vaxtilə uğrunda vuruşduğum torpaqlara səfər etmək, öz doğma yurdumu görmək üçün inanın ki, burnumun ucu göynəyir.

Ancaq indiyə qədər nə Ağdama, nədəki Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, eləcə də işğaldan azad edilmiş digər şəhər və rayonlarımıza qanunsuz yolla səfər etməyə birdəfə də olsun səy göstərməmişəm. Gəlin biraz da səbr edək, əziz soydaşlar. İnşAllah Böyük Qayıdışımız mütləq baş tutacaq, xəyallarımız gerçək olacaq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Komitə sədrinin beynəlxalq elmi jurnalda məqaləsi çap edilibAzərbaycan Respublikası Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, texnika elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin dosenti, millət vəkilli Sadiq Qurbanovun həmmüəllifliyi ilə “Neft şirkətlərinin investisiya cəlbediciliyinin qiymətləndirilməsində tətbiq olunan riyazi modellər” mövzusunda “Scopus” şəbəkəsinə daxil olan “SOCAR Proceedings” jurnalında məqaləsi dərc edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi “Scopus”, Rusiya Elmi Sitatgətirmə İndeksi və “EI’s Compendex”, “Petroleum Abstracts” (Tulsa), “Chemical Abstracts”, “Inspec” xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi “Emerging Sources Citation Index”-ə daxil olunub.

Bu barədə komitə sədri məlumat verib.

S.Qurbanov bildirib ki, Azərbaycan və Rusiya Federasiyası alimlərinin (Z.F. Məmmədov, S.H. Qurbanov, E.D.Streltsov, A.I. Borodin,, İ. Yakovenko, A.A. Əliyev) birgə araşdırmasının nəticəsi olan məqalə neft şirkətlərinin investisiya cəlbediciliyi səviyyəsinin qiymətləndirilməsi üçün iqtisadi və riyazi vasitələrin işlənib hazırlanmasına həsr olunub: “Neft sənayesi istənilən ölkənin iqtisadi inkişafının aparıcı qüvvəsidir. COVID-19 pandemiyasının yayılması Rusiyanın neft sektorunda ciddi qeyri-sabitlik probleminə səbəb olub. Bu problem strateji xarakter daşıyır. Onun həlli neft kompleksi müəssisələri tərəfindən investisiyaların aktivləşdirilməsini, nəticədə investisiya obyektlərinin investisiya cəlbediciliyinin səviyyəsinin qiymətləndirilməsi üçün nümunəvi vasitələrin işlənib hazırlanmasını və istifadəsini tələb edir. Bu məqalədə təklif olunan iqtisadi-riyazi model qeyri-səlis məntiqin riyazi aparatının istifadəsinə əsaslanır və keyfiyyətcə müəyyən edilmiş xüsusiyyətlərlə (multiplikator) işləyərkən neft şirkətlərinin investisiya mühitini kəmiyyətcə qiymətləndirməyə imkan verir”.
Qaradağlı faciəsi Avropa ölkələrinin mediasının gündəmindəMonteneqronun “Skalaradio.com” və Bosniya və Herseqovinanın “Dijasporabih.com” saytlarında “Qaradağlı faciəsi” sərlövhəli məqalə dərc olunub. “Diaspornews.az” xəbər verir ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

Məqalədə Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Qaradağlı kəndinin sakinlərinin ən çox faciələr yaşayan kəndlərdən biri olduğu qeyd olunur: “Qaradağlı faciəsi Xocalı soyqrmından təxminən 10 gün əvvəl baş verib. Ona görə də bu faciəni “İkinci Xocalı soyqırımı” da adlandırırlar”.

Yazıda 1992-ci il fevral ayının 14-dən başlayaraq erməni quldurlarının xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdikləri bildirilir: “Beləliklə, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. Xocavənd Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, işğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqlayblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb”.

“5-ci kolon yenə də iş başındadır”- Ramiz Alıyev“Çox maraqlı bir tarixi dövr yaşayırıq. Belə ki, mütəxəssislər diqqətlə araşdırsalar görərlər ki, bütün dövrlərdə Azərbaycan polisi dövlətin aliliyini qoruyub. Bu məqsədlə hüquq-mühafizə orqanları ölkəmizdə olan “5-ci kolon”nun təmsilçilərini və ya onların yaxınlarını qanunsuz əməllərinə görə məsuliyyətə cəlb edəndə, dərhal həmin “5-ci kolon” təmsilçiləri hərəkətə keçərək polisi təxribata sürükləməyə çalışırlar”.

Bu fikirləri politoloq Ramiz Alıyev saytımıza bildirib
O qeyd edib ki, bu hallar “5-ci kolon”un fəaliyyət göstərdiyi bir çox ölkələrdə baş verən xüsusi taktikasıdır: “Diqqət etsəniz, özünüz də görə bilərsiniz ki, sanki “arı pətəyinə” oxşayan bu şəbəkə onlara yaxın gedən hər kəsi sancmağa və “pətək”dən uzaq tutmağa çalışırlar. Bəs bu cür təxribatları etməyə və Azərbaycan polisini təxribata çəkməklə onlara qarşı nifrət yaratmaqda məqsəd nədir?! Bu suallara cavabı tapmaq üçün xüsusi bir istedad tələb olunumur. Belə ki, hər kəs çox gözəl bilir və müşahidə edir ki, Azərbaycan polisi ölkəmizdə sabitliyi təmin edərək vətəndaşlarımızın rahat yaşamasını, dövlətimizin təhlükəsizliyini qorumaqla müstəqilliyimizə qarşı olan bütün təxribatların qarşısını ən yüksək səviyyədə almış olur. Çox uzağa getmədən nümunə göstərə bilərik ki, istər 2003-cü ildə, istər 2005-ci ildə dövlətimizə qarşı yönəlmiş olan təxribatları Azərbaycan polisi necə qətiyyətlə almışdır. Eyni zamanda Vətən müharibəsi zamanı ölkəmizdə sabitliyin qorunmasını ən yüksək formada təmin etməsi, pandemiya zamanı göstərmiş olduqları xidmət onların vəzifə borcu olmağı ilə yanaşı, həm də bir doğmalıq nümayişi idi.

Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə apararkən müşahidə edə bilərik ki, ölkəmiz yaşamaq üçün necə sabit və təhlükəsiz ölkədir. Ona görə ki, Azərbaycanda ictimai asayişin qorunması birbaşa ölkə başçısının nəzarətindədir və ictimai asayişin sabit olmasına qarant cənab Prezidentdir. Bəs bu ictimai asayişin pozulmasına, vətəndaşlarımızın qorxu içində yaşamasına, polisə olan inamın məhv olmasına çalışanlar kimlərdir?”.

Ramiz Alıyevin fikrinci ictimai asayişin pozulmasına çalışanlar “5-ci kolon” və onun əlaltılarıdır: “Bütün dövrlərdə biz müşahidə edirik ki, həmin şəbəkənin müəyyən üzvləri ifşa olunanda və onları qanun qarşısında cavab verməyə dəvət edəndə, Azərbaycan dövlətinə və dövlətimizin müstəqilliyini qoruyan polis əməkdaşlarına qarşı planlaşdırılmış formada hərəkətə keçib istər sosial şəbəkələrdə, istərsə də ictimai yerlərdə qarayxama kampaniyası aparırlar. Ancaq təəssüflər olsun ki, bizim vətəndaşlarlarımızın böyük əksəriyyəti bu cür təşkilatlanmış şəbəkə üzvlərinin əsil maraqlarının nədən ibarət olmasını görə bilmirlər. Bəli, bu gün ölkəmizdə “5-ci kolon” üzvlərinin və onların xəyanətinə köməkçi olanların məsuliyyətə cəlb olunması prosesi davam etməlidir, dövlətimizə qarşı kimlərin hansı formada xəyanət etməsindən asılı olmayaq məsuliyyətə cəlb olunmalıdır! Bugünlərdə 3-4 nəfər TIR sürücüsünün etmiş olduğu qanun pozuntularına görə polis idarəsinə aparılması və orada onlara qanunlarımızın başa salınmasından şou düzəldən və ya düzəltdirən “şəbəkə” üzvləri düşünməsin ki, Azərbaycan xalqı və dövlətimiz onların əməllərindən xəbərsizdir! Bu adamların “uşaqlıq” etdiyi xüsusi xidmət orqanlarının dövlətlərində qanunsuz aksiya keçirənlərin üzərinə atları sürür, itlərlə qorxuzur, rezin dəyənəklərlə döyür sonra da polis idarələrinə apararaq ağır cəzalar verirlər”.

Politoloq bildirib ki, bugünlərdə sosial şəbəkələrdə “fəallıq” edərək şou göstərənlərin məqsədi qanunlarımızı pozaraq polis idarələrinə dəvət olunan TIR sürücülərinə dəstək yox, “5-ci kolon”nun təmsilçililərinin ifşa olunmasına qarşı olan etirazlardır: “Buradan da açıq şəkildə görünür ki, “5-ci kolon” yenə də iş başındadır. Hər bir vətəndaşımız anlamalıdır ki, “Bir insanın azadlığı, digər insanın azadlığının sərhədlərinə qədərdir”. Ona görə də kimliyindən asılı olmayaraq hər kəs etmiş olduğu qanun pozuntusuna görə məsuliyyətə cəlb olunmalıdır. Dövlətə xəyanət isə bağışlana bilməz, kimliyindən asılı olmayaraq!
“5-ci kolon” və onun nümayəndələri etmiş olduqları xəyanətlərə görə xalqımız və dövlətimiz tərəfindən lazımı cavabları alacaqlar”.
Hər zaman Ukraynanın yanındayıq - Ukraynada yaşayan azərbaycanlılarUkrayna Azərbaycanlıları Radası (UAR) Ukrayna ətrafında baş verən gərgin vəziyyətlə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

Bu günlərdə biz Ukrayna ətrafında gərginləşən həyəcanlı vəziyyətin şahidi oluruq. Ukrayna Azərbaycanlıları Radasının İdarə Heyətinin üzvləri bəyan edirlər ki, biz hər zaman Ukrayna xalqının yanındayıq, Ukrayna bizim üçün müqəddəsdir, Ukrayna bizim Vətənimizdir!

Ukraynanın Azərbaycan diasporu təcavüzkarın Ukraynanın bütövlüyünə qəsd etmək planlarını əbədi olaraq dəf etmək üçün Ukraynanı bütün mümkün vasitələrlə dəstəkləməyə və qorumağa hazır olduğunu bəyan edir. Biz birlikdə bir güclüyük və qalib gələcəyik.
Kipr rum adminstrasiyası Metehan sərhəd qapısında əngəllər yaratdı – XİN-dən etirazQuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyi Kipr rum administrasiyasının (KKİ) Metehan sərhəd qapısında infrastruktur çatışmazlığını və fiziki maneələri aradan qaldırmaqdan çəkindiyini, bu siyasi anlayışın Kıbrıs Türk və rum xalqlarının və əcnəbilərin gündəlik həyatını çətinləşdirdiyini bildirib.

Avrasiya.net-in məlumatına görə, Xarici İşlər Nazirliyi qeyd edib ki, Kipr rum tərəfi Metehan sərhəd qapısında lazımi tənzimləmələr etsə, mövcud tıxac sona çatacaq və bölgədə nəqliyyat vasitələrinin rahat keçməsi üçün başqa həll yollarının axtarılması ehtiyacı aradan qalxacaq.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Metehan sərhəd qapısında nəqliyyat vasitələrinin keçidi ilə bağlı bu ifadələr yer alıb:

“Cənubi Kiprdə infrastrukturun olmaması və rum administrasiyasının qoyduğu fiziki maneələr səbəbilə, Metehan sərhəd qapısında güclü tıxac davam edir. Kiprli rumların ölkəmizdən alış-veriş etməsinin qarşısını almaq üçün Kipr rum administrasiyasının gömrük nəzarətini məqsədindən kənara çıxardığı görünür. Bu səbəbdən uzun müddətdir ki, infrastruktur çatışmazlığını və Metehan sərhəd qapısında fiziki maneələri aradan qaldırmqdan qaçınmaqdadır. Bu siyasi anlayış Kıbrıs türklərinin, kiprli rumların və əcnəbilərin gündəlik həyatını çətinləşdirir və çoxlu şikayətlərə səbəb olur. Kipr rum tərəfi lazımi tənzimləmələri etsə, mövcud tıxac sona çatacaq və bölgədə nəqliyyat vasitələrinin rahat keçməsi üçün başqa həll yolları axtarmağa ehtiyac qalmayacaq".
“Azərsu” əməkdaşı bıçaqlandıAzərsu ASC-nin Abşeron Sukanal İdarəsinin əməkdaşları fiziki təzyiqə məruz qalıb.

Qurumdan Avrasiya.net-ə bildirilib ki, səhmdar cəmiyyəti abunəçilərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə - təbliğat işləri gücləndirsə də, bəzi vətəndaşlar ödənişdən yayınmağa cəhd edir, xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarına qarşı kobud rəftar edir, onları fiziki təzyiqlərə məruz qoyurlar.

Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş yaşayış massivi, ev 6 b, mənzil 10 ünvanında olan abunəçinin içməli su təchizatı xidmətlərindən istifadəyə görə 170 manat borcu yaranıb. Borcu ödəmək barədə dəfələrlə xəbərdarlıq edilsə də, vətəndaş borcu ödəməkdən imtina edib. “Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. “Abşeron Sukanal” İdarəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq borc ödənilmədiyi üçün su təchizatının dayandırılacağını bildiriblər. Bu zaman həmin mənzildə yaşayan Ələkbər Ələkbərov adlı şəxs Abşeron Sukanal İdarəsinin əməkdaşı Vəfadar Güliyevin üstünə hücum çəkərək ona bıçaqla xəsarət yetirib.

“Azərsu”yun digər əməkdaşına qarşı fiziki təzyiqi Abşeron rayonu, Nübar qəsəbə sakini Müzəffər Mahmudov göstərib. 210 manat borcu olan abunəçiyə dəfələrlə xəbərdarlıq edilsə də o, buna məhəl qoymayıb, ödənişdən imtina edib. Növbəti dəfə Abşeron Sukanal İdarəsinin əməkdaşları həmin ünvanda olub. İdarənin əməkdaşı Elbrus Allahverdiyev borcun ödənilməsinin vacibliyini bildirdikdə abunəçi Müzəffər Mahmudovun qəfil zərbəsinə tuş gəlib. Baş nahiyəsindən zərbə alan E.Allahverdiyevin dişi sınaraq ciddi xəsarət alıb.

Baş vermiş hadisələr nəticəsində zərərçəkənlərə tibbi yardım göstərilib və tibbi ekspertizaya göndərilib. Hər iki faktın araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə müraciət olunub.

"Göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abunəçi yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər", - deyə "Azərsu" bəyan edib.
Deputatlarımız İsrailə gedirİsraildə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Qeyd olunub ki, Milli Məclisin deputatı Anatoliy Rafailov “Xocalının Anım Günü”nə həsr olunmuş dəyirmi masada iştirak etmək üçün fevralın 20-də İsrailin Təl Əviv şəhərinə səfər edəcək.

Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyi və “İsraildəki Azərbaycan Evi”nin təşkilatçılığı ilə həyata keçirilir.

Yığıncaqda Xocalıda baş vermiş qətliamda həlak olan dinc insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın tarixi, faciə barədə həqiqətlərin geniş ictimaiyyətə çatdırılması və dünyada təbliği istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində, həmçinin Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunmuş «Ирс-Наследие» jurnalının ivrit dilində təqdimatı keçiriləcək.

Tədbirlərdə İsrail Knessetinin deputatları, yerli hakimiyyət nümayəndələri, ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Səfər fevralın 27-də başa çatacaq.

Milli Məclisin deputatı Sevil Mikayılova isə Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 19-da İsrailin Qüds şəhərinə səfər edəcək.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən mərasimlərə İsrail Knessetinin deputatları, şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri qatılacaqlar.

Tədbirlərdə Xocalı soyqırımı nəticəsində həlak olan insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilən bu qətliam barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.

Səfər çərçivəsində deputatımızın İsrail parlamentində Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşü nəzərdə tutulub.

Səfər fevralın 23-də başa çatacaq.
Hacıyevə 10 min verib bələdiyyə sədri seçildim - ŞahidBakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən İmişli rayonunda bələdiyyə sədri işləmiş Qəhrəman Qəhrəmanov bu vəzifəyə təyin olunmaq üçün Vilyam Hacıyevə 10 min manat rüşvət verdiyini deyib.

“3 kənd üzrə bir bələdiyyə sədri təyin olunurdu. Kredit götürüb haqqımı verib sədr seçildim. 2014-2019-cu illərdə bələdiyyə sədri olmuşam. Bundan başqa SSRİ dövründə Əfqanıstanda döyüşdüyümə görə Moskvadan mənə medal göndərmişdilər. Vilyam Hacıyev dedi ki, ümumi iclasda medalı sənə təqdim etmək üçün 1000 manat verməlisən. Sonra 500 manata razılaşdıq. Medalı sinəmə taxdı, təqdimat elədi. Bələdiyyə sədri seçki ilə seçilməli idi, amma mən qanunsuz seçilmişəm, Vilyam Hacıyevə haqq vermişəm”, - deyə şahid bildirib.

Şahidin ifadəsinə etiraz edən Vilyam Hacıyev deyib ki, o bələdiyyə sədrinin qanunsuz əməllərindən Ədliyyə Nazirliyinə şikayət edib:

“Bu adam yalan danışır. O qanunsuz işlədiyinə görə şikayət etmişəm. Araşdırma aparılıb və ona İmişli rayon məhkəməsinin qərarı ilə həbs cəzası verilib”.

Məlum olub ki, Q.Qəhrəmanov barəsində həqiqətən də məhkəmə qərarı olub və o 15 sutka həbslə yanaşı, 2 min manat cərimə edilib.

Vilyam Hacıyevin vəkili bələdiyyə sədrinə sual verib ki, “əgər siz Vilyam Hacıyevə pul vermişdinizsə, niyə sizi şikayət edirdi”. Şahid cavabında bunun rayon ərazisindəki göllə bağlı olduğunu bildirib.

Daha sonra İH-in şöbə müdiri Mirzə Quliyev ifadə verib:

“Mən kənd icra nümayəndələrinin fəaliyyətinə nəzarət etmişım. İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Vilyam müəllim yaxşı insan olub, amma rüşvətlə bağlı bəzi əməlləri olub. Kimsə kənd icra nümayəndəsi təyin olunurdusa, 5 min, icra nümayəndəsinin müavini təyin olunurdusa, 2 min manat ödəməli idi. Bir dəfə də Dövlət Neft Şirkəti tərəfindən köçürülən 150 min manatı Unibankdan götürüb Vilyam Hacıyevə vermişəm”.

Daha sonra İH-in Memarlıq şöbəsinin böyük məsləhətçisi Orxan Nağıyev ifadə verib. O, Dövlət İdarəçilik Akademiyasına qəbul olunmaq üçün başçının köməkçisinə 2 min manat verdiyini deyib:

“Administirasiyadan müraciət gəlirdi ki, məsləhət olunan əməkdaşların adlarını idarəçilik təhsili ilə bağlı göndərin. Mənim adım birinci dəfə göndəriləndə imtina gəlmişdi. Ona görə də başçının köməkçisi Füzuli müəllimə müraciət etdim. O da akademiyaya qəbul olunmağım üçün 2 min manat istədi, mən də verdim”.

Proses fevralın 21-də davam etdiriləcək.
Tərtərdə mina PARTLADI - 2 yaralı var2022-ci il 18 fevral tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Avrasiya.net-ə verilən məlumata əsasən, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.