Ramin Sultanov növbəti döyüşünə çıxır
Dərc olunub:
18-02-2022, 09:17
"ASED Fighting Championship" (AFC ASED) liqasının 70,3 kiloqram çəki dərəcəsində ölkə üzrə birinci nömrəsi, "TT Fight Club"un təmsilçisi Ramin Sultanov Həbib Nurməhəmmədovun rəhbəri olduğu "Eagle FC" liqasında növbəti döyüşünə çıxacaq.
AFC ASED-dən Avrasiya.net-ə bildirilib ki, fevralın 18-də Moskvada keçiriləcək "EFC-45" turnirində MMA döyüşçümüzün rəqibi yerli idmançı Dinislam Kamavov olacaq.
R.Sultanov "Eagle FC" liqası ilə 4 döyüşlük müqavilə imzalayıb.
Peşəkar karyerasında məğlubiyyətsizlik seriyasını davam etdirəm R.Sultanov EFC-də ilk döyüşündə inamlı qələbə qazanıb.