"Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst edib"O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, öz marionetlərini gətirsinlər və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlasınlar. Onlar buna da hazır idilər, təki Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident İlham Əliyev qeyd edib ki, Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı bütün bu planları – ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst edib və Naxçıvanı Heydər Əliyev qoruyub, necə ki, ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi:

“1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur.

Bu gün burada olmağımın xüsusi rəmzi mənası var. Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.
Moldovadakı səfirliyimizdə ümummilli lideri Heydər Əliyevin 98-ci ildönümü qeyd olunubBu gün ölkəmizin Moldovadakı Səfirliyində Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir təşkil edilib.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, səfirliyin həyətində baş tutan tədbirdə yerli ictimai-siyasi xadimlər, elm və iş adamları, eləcə də 400 nəfərə yaxın Moldovada yaşayan və təhsil alan soydaşlarımız ailə üzvləri ilə birlikdə iştirak edib.

Tədbir çərçivəsində ulu öndərin həyat və fəaliyyətinə həsr edilmiş fotolardan ibarət sərgi təşkil edilib, sözügedən sərgi qonaqlar tərəfindən böyük maraqla izlənilib.

Tədbirdə səfir Q.Osmanov qonaqları salamlayaraq Səfirliyi azərbaycanlıların “ata evi" adlandırmış, müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyevin keçdiyi həyat yolu, siyasi fəaliyyəti, azərbaycançılıq fəlsəfəsi və ideologiyasından danışıb, ölkəmizin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşdüyünü vurğulayıb, ulu öndərin davamçısı hazırkı prezident İlham Əliyevin keçən il Heydər Əliyevin ən əziz arzusunu gerçəkləşdirdiyini, Azərbaycan torpaqlarını geri qaytararaq Azərbaycan bayrağını Şuşa, Qarabağ üzərində dalğalandırdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə, həmçinin MAK-ın sədri Elçin Bayramov, azərbaycanlı diaspor fəalı Maarif Rəhimov və digər qonaqlar çıxış edərək hər il 10 may tarixinin yalnız Azərbaycanda deyil, eləcə də Moldovada və bütün dünyada azərbaycanlılar tərəfindən qeyd olunduğunu bildirib, böyük siyasi xadimin xatirəsinin azərbaycanlıların ürəyində əbədi qalacağını qeyd edib və dahi şəxsiyyətin xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması üçün əvəzsiz xidmətlərindən söhbət açıblar.

Tədbir Moldovada yaşayan azərbaycanlı uşaqların ümummilli lider Heydər Əliyevə həsr edilmiş və vətənpərvərlik mövzusunda şeirlər söyləməsi, milli rəqslər, milli musiqilər, eləcə də Müslüm Maqomayevin mahnılarının ifa edilməsi ilə davam etdirilib, daha sonra qonaqlara milli mətbəximizin təamları təqdim olunub. Yeni inşa edilmiş Səfirliyin həyətinə həmvətənlərimiz və qonaqlar tərəfindən ağac və qızılgüllər əkilməsi ilə tədbir yekunlaşıb.

Yerli kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilən tədbir Moldova mediasında geniş işıqlandırılıb.







Yoluxma azaldı, sağalanların sayı çoxaldıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 892 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 327087 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 307011 nəfər müalicə olunaraq sağalıb, 4698nəfər vəfat edib, aktiv xəstə sayı 15378 nəfərdir.

Ölkədə son sutka ərzində 6946, hazırkı dövrədək isə 3337931 test aparılıb.
Prezident Naxçıvanda şəhidlərin məzarlarını ziyarət etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı məzarların üzərinə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev babası Əlirza Əliyevin məzarının üzərinə də gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıb.
DTX əməkdaşları ümummilli liderin xatirəsini yad ediblərMüstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Avrasiya.net xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Putin İlham Əliyevə zəng etdiRusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

Bu məlumatı Kremlin mətbuat xidməti yayıb.

Telefon danışığı zaman qarşılıqlı fəaliyyətin artırılmasında hər iki tərəfin maraqlı olduğunu təsdiqləyiblər. Hər iki lider telefon danışığı zamanı Böyük Vətən Müharibəsində qələbənin 76 illiyi münasibətiylə bir-birini təbrik edərək, hər iki ölkədə xilaskar döyüşçülərin xatirəsinin ehtiramla yad edildiyini, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərən veteranlara dərindən minnətdar olduqlarını bildiriblər.
"Speys"in yeni rəhbəri beş gün sonra istefa verdi - ŞokBir neçə gün əvvəl "Speys" teleradio şirkətinə yeni rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib.

News24.az-ın məlumatına görə, Ü.Mikayılova Speys TV-nin kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.

Ü.Mikayılovanın TV-yə rəhbərlik etməsindən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərdir. Speys TV-ni sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olması da istefa verməsinin səbəblərindən biri kimi göstərilir.

Xatırladaq ki, Ü. Mikayılova Speys TV-yə rəhbər təyin olunana qədər ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.

Qeyd edək ki, 2006-2021-ci illərdə "Space"nin rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.
İsrail-Fələstin qarşıdurmasında türkiyəli jurnalist yaralandıƏl-Əqsa məscidi ətrafında hücumlarını artıran İsrail polisi Türkiyənin “Anadolu” agentliyinin fotoqrafı Mustafa Harufu sinəsindən plastik güllə ilə yaralayıb.

Avrasiya.net xəbər verir ki, mayın 7-də kürəyindən xəsarət alan KİV əməkdaşı bu dəfə hadisələri izləyərkən sinəsindən vurulub.

Harufdan başqa yaralanan digər mətbuat üzvlərinin də olduğu açıqlanıb.

Qeyd edək ki, agentliyin Yaxın Şərq və Şimali Afrika üzrə xəbərlər redaktoru Turqut Alp Boyraz İsrail polisi tərəfindən ayağından vurulmuşdu.