Sizin Reklam Burada

Generalla birlikdə həbs edilən yüksək rütbəli zabitlər azadlıqda

Generalla birlikdə həbs edilən yüksək rütbəli zabitlər azadlıqdaDSX Sahil Mühafizəsinin həbs edilən digər vəzifəli şəxsləri azadlığa buraxılıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi düz bir il əvvəl keçirilən "DSX əməliyyatı" ilə bağlı hökmü elan edib.

Hökmə əsasən DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə onların hər biri barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti cəza verib.

Qeyd edək ki, DSX zabitləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaratmaqda ittiham olunurdu.

Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb.

Bildirək ki, bu iş üzrə məhkəmə istintaqı davam edən ərəfədə general-leytenant Əfqan Nağıyev barəsində cinayət işinə xitam verilmişdi. Generalın günahsızlığı sübuta yetirilmişdi. Bunun ardınca general Vətən Müharibəsində öz mövqeyində xidmətdə olub. General xidmətlərinə görə "Qarabağ" ordeni ilə təltif olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər