Bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edildi

Bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edildiQusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satmaqda şübhəli bilinən bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, istintaqla Qusar bələdiyyəsinin sədri İbrahimov Əlfəddin Qeysəddin oğlunun vəzifə səlahiyyətlərini aşmaqla torpaq sahələrini qanunsuz olaraq satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Əlfəddin İbrahimov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessaul rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə tam və hərtərəfli istintaq aparılmaqla təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər