Yeni təsis edilən QHT sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib

Yeni təsis edilən QHT sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib"Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" İctimai Birliyi dövlət qeydiyyatına alınmaq üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.

Bu barədə məlumatı təşkilatın sədri Susana Məmmədova verib. İctimai Birlik sədri əmin olduğunu bildirib ki, nazirlik təsis etdiyi təşkilatı dövlət qeydiyyatına alacaq:

"Təşkilatı təsis edənə qədər bu istiqamətdə fəaliyyətimiz cəmiyyətin gözü qarşısında olub. Xeyriyyə məqsədilə keçirdiyimiz tədbirlər, aksiyalar media subyektləridə işıqlandırılıb. Müntəzəm olaraq gördüyümüz işlərlə bağlı cəmiyyətə istər sosial şəbəkələr, istərsə də media vasitəsilə hesabat xarakterli məlumatlar vermişik. Ona görə ümidliyik ki, təşkilatımız dövlət qeydiyyatına alınacaq və bundan sonra daha aktiv fəaliyyət göstərəcəyik".

Susana Məmmədova deyib ki, İctimai Birliyi təsis etməkdə məqsəd həm vətəndaş cəmiyyəti prosesində fəal iştirak etmək, həm də dövlətin həyata keçirdiyi sosial siyasətə bacardıqları qədər dəstək verməkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər