Lənkəranda meyiti tapılan qız tələbə imiş
Dərc olunub:
15-05-2024, 11:40
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının tələbəsi Könül Ramin qızı Ağayeva vəfat edib.
Bu barədə ADPU məlumat yayıb.
Bildirilib ki, o, universitetin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası”nın 4-cü tədris ilinin tələbəsi olub.
Qeyd edək ki, K.Ağayeva martın əvvəl itkin düşüb. Onun meyiti ötən gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində aşkarlanıb.
Son xəbərlər
