"COP29 zamanı Bakı bütün dünyanın mərkəzi olacaq"
İqlim fəaliyyəti ilə bağlı dünya qarşısındakı əsas gündəm iqlim dəyişiklikləri problemidir.
Azərbaycan enerji sahəsində dünyanın əsas istehsalçıları və təchizatçıları sırasındadır.
COP28-dən sonra, aidiyyəti qurumların iddia etdiyi kimi, Azərbaycan sürətlə Yaşıl Enerjiyə keçir. Bu həm texniki, həm də maliyyə məsələsidir. Azərbaycan Pakistana bununla bağlı öz təcrübəsini bölüşməyi təklif edib. Ona görə də bu təcrübə mübadiləsi Azərbaycanın regiona və dünyaya verə biləcəyi ən böyük töhfədir.
Bunu "Xalq Cəbhəsi"nə Pakistanın tanınmış ictimai-siyasi xadimi, jurnalist Tazeen Akhtar deyib.
O, qeyd edib ki, BMT-nin göyərtəsində olduğu COP29 zamanı Bakı bütün dünyanın mərkəzi olacaq. Bu, Azərbaycanın dünya səviyyəsində tədbirlərə ev sahibliyi edə bilən, dünyanın üzləşdiyi problemlərin həllində öz rolunu oynaya bilən məsuliyyətli dövlət kimi ölkəyə beynəlxalq nüfuz qazandıracaq, bu rəsmi Bakının böyük nailiyyətidir:
"Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir.
Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, ölkənin Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzvlüyündən sonra xarici siyasətin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır".
Xatırladaq ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev bu günlərdə Pakistanda səfərdə olub
Pakistanın Prezidenti və Baş naziri ilə görüşüb, bu ilin sonunda Bakıda keçiriləcək COP29-la məsələləri müzakirə edib.