Gənc qadın intihara cəhd etdi - Keçmiş əri ilə barışmaq üçün
Dərc olunub:
17-05-2024, 09:12
Mingəçevirdə gənc qadın dərmandan zəhərlənib.
Avrasiya.net xəbər verir ki, hadisə M.Ə.Sabir küçəsi 1 ünvanında qeydə allnıb. Dərman pereparatı qəbul edərək halsız duruma düşən şəhər sakini Əliyeva Nərgiz Novruz qızı xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, zəhərlənən gənc xanım keçmiş əri ilə barışmaq üçün bu addımı atıb. Hətta qəbul etdiyi dərman pereparatının şəklini çəkib keçmiş həyat yoldaşına ataraq barışmaq mümkün olmasa canına qıya biləcəyini bildirib.
Faktla bağlı araşdırma aparıllr