Rejissor Emil Abdullayev vəfat etdi
Dərc olunub:
17-05-2024, 08:38
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib.
Avrasiya.net xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gecə 41 yaşında dünyasını dəyişib.
Emil Abdullayev xərçəng xəstəliyindən əziyyət çəkirdi.
E.Abdullayev uzun illər müxtəlif televiziya kanallarında çalışıb. Son 10 ildə isə APA TV-nin rejissoru olub.
Son xəbərlər
