Britaniyanın parçalanma prosesi başladı: Şotlandiya ayrılırBreksitin bizə vurduğu zərəri ödəyəcək heç bir razılaşma yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Şotlandiya regional administrasiyasının rəhbəri Nikola Sturgen deyib.

“Müstəqil Avropa ölkəsi olaraq öz gələcəyimizin xəritəsini cızmaq zamanı gəldi”, - deyə Sturgen bildirib.

Qeyd edək ki, Avropa Birliyi ilə B.Britaniya arasında Breksit çərçivəsində razılaşma imzalanıb.
"Cənab Prezident xalqımızın milli maraqlarının və əmin-amanlığının təminatçısıdır"Son 17 ildə ölkəmizin sürətli yüksəlişi cənab İlham Əliyevin yüksək xidmətlərinin nəticəsidir. Bu səbəbdən Azərbaycanı İlham Əliyevsiz təsəvvür etmək olmaz. Bütün uğurlarımızın, inkişafımızın, təhlükəsizliyimizin və sabitliyimizin qarantiyası və təminatı‚ məhz cənab Prezidentin qətiyyətli və parlaq siyasətidir. Bu təminatın əsas meyarları dövlətimizin başçısının müdrik daxili və xarici siyasət strategiyalarıdır.
Dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanan və hər zaman xalqın xidmətində olan‚ özünü hər zaman xalqın bir nömrəli xidmətçisi adlandıran Dövlətimizin Başçısı möhtərəm cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsilə Azərbaycan daha yeni və müasir inkişaf dövrünə qədəm qoydu. Xalqımızın Ümummilli Lideri‚ dövlətimizin qurucusu və yaradcısı‚ Ulu Öndər Heydər Əliyevdən sonra ölkəyə rəhbərlik etmək ancaq Ulu Öndər siyasi məktəbini dərindən öyrənmiş‚ Heydər Əliyevin zəngin dövlətçilik meyarlarına sadiq olacaq‚ bu müqəddəs dəyərləri qoruyacaq və daha da inkişaf etdirəcək layiqli bir şəxsə ehtiyac vardı. O şəxs Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev idi. Cənab İlham Əliyev bütün Azərbaycan xalqının yekdilliklə dəstəklədiyi‚ sonsuz rəğbət bəslədiyi və ən güvəndiyi şəxsiyyətdir. Dövlətimizin Başçısı hər zaman xalqın bu etimadını doğrultmuş və hər bir Azərbaycanlının ümid çırağına çevrilmişdir.

Vəzifəsinin icrasına başladığı andan etibarən gecə gündüz xalqın xidmətində olan Prezident İlham Əliyev‚ yalnız xalqın maraqlarını‚ xalqın rifah halının yaxşı olmasını və firavanlığını düşünərək ölkəmizin və xalqımızın parlaq gələcəyi istiqamətində çalışmaqdadır. Bu gün qətiyyətlə demək olarki bütün dünyada Azərbaycan reallıqları və həqiqətləri tanınır. Ölkəmizin dünyada öz sözünü müstəqil ifadə etməsi‚ müstəqil siyasət aparılması‚ dünyada baş verən böyük fəlakətlərdən Azərbaycanın yan keçməsi‚ ölkəmizdəki sabitlik və təhlükəsiz həyat mühiti cənab Prezidentin uğurlu və praqmatik siyasətinin nəticəsidir.

Azərbaycanın dövlət müstəqilliyi‚ suverenliyi bir dövlət olaraq yaradılması xalqımızın Ümummilli Lideri‚ Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu günkü qüdrətli dövlətimizin var olması Heydər Əliyevin misilsiz xidmətləri sayəsində mövcud oldu. Ulu Öndərdən sonra onun siyasi yolunu, dövlətçilik dəyərlərini və yüksək ideyalarını çox uğurla davam etdirən və Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyev də bu yolu şərəf və ləyaqətlə davam etməkdə, eynən Ulu Öndərin bütün əmanətlərini, onun dövlətçilik missiyasını yüksək şəkildə öz çiyinlərində daşımaqdadır. Ulu Öndər Heydər Əliyevdən dövlətçilik dərsi almış, möhtərəm cənab İlham Əliyevin bütün amalı ölkə əhalisinin qayğısına qalmaq, onun ən layiqli xidmətçisi olmaq, dövlətçiliyimizin keşiyində durmaqdır. Göründüyü kimi, ölkə başçısı bütün bu amallara ən yüksək şəkildə xidmət etməkdədir. Məhz bu səbəbdən Azərbaycan sürətlə inkişaf edir, hər bir sahədə öz sözünü dünya səviyyəsində deməkdədir. Hər sahədə olduğu kimi, ordu quruculuğuna da diqqət ayıran möhtərəm cənab İlham Əliyev ordumuzun peşəkar zabitlərdən, yüksək təlim görmüş şəxslərdən təşkil olunmasında var qüvvəsi ilə çalışmışdır. Eynən bununla bərabər, ordumuzun arsenalındakı silahların mütamadi yenilənməsinə, ən güclü və müasir silahlarla təchiz olunmasına hər zaman diqqət yetirmişdir. Məhz ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yüksək diqqəti və qayğısıdır ki, Azərbaycan ordusu, bölgənin ən güclü və ən qüdrətli ordusu hesab olunur. İstənilən hərbi təcavüzə və hərbi hücuma qarşı Azərbaycan ordusu çox sürətli, güclü və effektiv həlledici hərbi cavab zərbəsinə malikdir. Bölgənin bütün ölkələri, Azərbaycan ordusunun bu canlı və texniki hərbi qüvvəsindən xəbərdardır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsaı qoyulmuş Milli Ordumuzun, Azərbaycan Silahlı Qüvvələrinin son inkişaf mərhələsi, sürətli güclənməyə nail olması, birbaşa Ali Baş Komandan cənab İlham Əliyevin müstəsna xidmətlərinin bəhrəsidir. Ordumuzun bu qədər güclənməsi, müdafiəmizin yüksək səviyyədə təmin olunması Azərbaycan Prezidentinin orduya qayğısı və diqqəti sayəsində əldə olunan misli olmayan uğurlardandır. Ordu quruculuğu məsələlərində olduğu kimi digər bütün sahələrdə də əldə olunan nailiyyətlər, bütün uğurlar dövlət başçısının apardığı parlaq siyasətinin göstəricisidir. Hər sahədə ölkə rəhbərinin qayğısını görmək olar.

Ölkəyə qarşı erməni lobbisinin və ermənipərəst mərkəzlərin və siyasi dairələrin və ermənipərəst xarici xüsusi xidmət orqanlarının təşkil etdiyi bütün anti-Azərbaycan kampaniyalarının, qərəzli addımların və təxribat əməllərinin qarşısında Azərbaycanın müstəqil ölkə olaraq təkbaşına sinə gərməsi, bütün siyasi hücum əməliyyatlarını uğurla dəff etməsi, bütün iyrənc politikalara qarşı layiqli cavab verilməsi dövlət başçısının qüsursuz siyasətindən‚ mükəmməl idarəçilik və dövlətçilik təcrübələrindən qaynaqlanmaqdadır ki, həyata keçirilən siyasət, seçilmiş doğru və dəqiq hesablanmış məqsədlər, ölkəni bütün qüvvələrə qarşı qorumaqda və hifs etməkdədir. Cənab İlham Əliyev hər zaman xalqın xidmətindədir. Ölkəmizdəki təhlükəsizliyin və suverenliyimizin qorunması‚ Ulu Öndər Heydər Əliyevin mükəmməl dövlətçilik ideyalarının və dəyərlərinin yaşadılması da cənab İlham Əliyevin müstəsna xidmətləridir..

Möhtərəm cənab İlham Əliyev Azərbaycanın son 300 illik tarixini yenidən yazdı. Azərbaycan tarixində Nadir Şah Əfşardan savayı heçkim itirilmiş torpağı geri ala bilməmişdir. Sonuncu dəfə Azərbaycan torpaqlarını işğaldan və yadeillilərdən Nadir Şah Əfşar azad etmişdir. Möhtərəm cənab İlham Əliyev qəsb edilmiş torpaqları işğaldan azad edən bir şəsiyyət olaraq Azərbaycanın 300 ildən sonra növbəti sərkərdəlik səlnaməsini yazan‚ tariximizi yeniləyən‚ tarixi təkrar yazan bir lider olaraq dünya tarixinə düşdü. Son 100 ildən bu günə qədər dünyada işğaldan torpaq azad edərək ölkəsinin ərazi bütövlüyünü bərpa edən‚ ölkəsinin suvereniyini daha da möhkəmləndirən ikinci bir şəxs yoxdur. İşğal edilmiş torpaqları düşməndən azad edən və itirilmiş əraziləri geri qaytararaq ərazu bütövlüyümüzü bərpa edən‚ son 300 ilin tarixini yenidən yazan‚ 300 ilin lideri olaraq dünya tarixində yeni səhifə yaratdı. Son 300 ildə ilk dəfə‚ itirilmiş torpağı düşməndən azad edən şəxsiyyət olaraq fenomen oldu. Artıq bütün dünya tarixi cənab İlham Əliyevi qüdrətli bir lider olaraq qeyd edəcək. İşğal edilmiş torpaqları geri alan bir lider olaraq hər zaman bütün dərsliklərdə‚ digər ölkələrin məktəb dərsliyində dünya tarixindən danışılarkən Azərbaycandan bəhs ediləndə‚ mütləq ilk yada düşən‚ xatırlanan cənab İlham Əliyev olacaq. Bütün dünya tarixi bundan sonra yüz illər dövlətimizin başçısından geniş şəkildə bəhs edəcək. Ömrünü xalqın və dövlətin taleyinə bağlayanların ömrü də onların ömrü qədər uzun olur. Ömrünüz uzun olsun cənab Prezident. Ömrünüz uzun olsun ki‚ xalqımıza və Dövlətçiliyimizə daha çox xidmət etmək imkanınız olsun. ALLAH hər zaman yardımçınız olsun.

Cənab Prezidenti 59 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir‚ işlərində daha da böyük uğurlar və yüksək nailiyyətlər diləyirik.

Mirsamir Məmmədov
politoloq
Paşinyanı vurana 1 milyon dollar veriləcəkdi, amma... - ŞOK TƏFƏRRÜATErmənistan İstintaq Komitəsi Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsagulyana qarşı zorakılıq çağırışlarına görə cinayət işi açıb.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. bu barədə məlumat verir.

Bildirilib ki, İsagulyan əslində “Nikolu kim vursa, milli qəhrəman adına layiq görülməli və ya bir milyon dollar mükafat olaraq verilməli” ifadəsinə görə həbs edilib.

Ermənistanda Nikol Paşinyanın istefasını tələb edən kütləvi etiraz aksiyaları 9 noyabrda imzalana üçtərəfli bəyanatdan sonra başlayıb. Sənəddə erməni tərəfinin Bakının xeyrinə ərazi güzəştləri nəzərdə tutulur.

Müxalifət hökumət rəhbərini xəyanətdə günahlandırır və istefasını tələb edir.

Paşinyan özü isə xalq qarşısında təmiz olduğunu bildirdi.
Yazıçı Prezidenti təbrik etdi…Tanınmış yazıçı, hərbi həkim Qalib Şəfaət Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Ordusunun Ali Baş komandan İlham Əliyevə ünvanladığı təbriki Avrasiya.net-ə göndərib.

Yazıçının təbrikini təqdim edirik:

Cənab Prezident, Cənab Ali Baş Komandan!

Bu gün Sizi ad gününüzdü. 59 yaşınız tamam olur, bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

Cənab Prezident! Mən sizin siyasətə bəyənirəm və həmişə sizə, sizin yürütdüyünüz siyasətə yazıçı olaraq dəstəyəm. Vaxtı ilə yazdığım “Sandıq” romanımıda sizin fədakarlığınız haqda bəhs etmişəm. Romanım çoxdan hazırdır.

Bir söz deyim, hansı məşhurun deyimidir: Ədəbiyyatçılar Tarixçilərdən daha çox səmimidir.
Azərbaycan tarixində son 200 ildə ən böyük sərkərdə sizsiniz. Bunu bütün dünya deyir. ”


“Sözün sehrİ” layihəsi çərçivəsində şagirdlərin iştirakı ilə təlimlər keçirilibAzərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudova tərəfindən icra edilən “Sözün sehri” şagirdlərin natiqlik və təqdimat bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində müəllimlər və şagirdlər üçün təşkil olunan “Natiqlik və təqdimat bacarıqları” mövzusunda təlimlər start götürüb.
Quba rayon ümumtəhsil məktəblərində oxuyan şagirdlərin iştirakı ilə keçirilən ilk təlimlərə Quba rayonu Hacıqayıb, Qəçrəş və Bağbanlı kənd tam orta məktəblərin 7-10-cu siniflərində təhsil alan, ümumilikdə 16 nəfər şagird cəlb edilib.

Microsoft Teams platformasi üzərindən distant qaydada keçirilən təlimlərdə şagirdlərə peşəkar təlimçi tərəfindən natiqlik sənəti, kütlə qarşısında çıxış zamanı nəzərə alınacaq xüsuslar, təqdimat bacarıqları, uğurlu və uğursuz təqdimatın xüsusiyyətləri mövzularında məlumatlar verilib.

Təlimlərin sonunda layihə çərçivəsində keçiriləcək natiqlik forumunda “Yaxşı təhsil yalnız məktəblərdə verilə bilər” mövzusunda hazırlanacaq təqdimatla bağlı qaydalar diqqətə çatdırılıb.

Layihə rəhbəri Nərgiz Mahmudova şagirdlərin özünüifadə bacarıqlarının artırılması, natiqlik və təqdimatetmə vərdişlərinin yüksəldilməsi istiqamətində təşkil olunan layihəyə dəstək verdiyinə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirmiş və bu kimi layihələrin gələcək nəslin inkişafında müstəsna rol oynadığını qeyd etmişdir.

Layihə çərçivəsində növbəti təlimlər 16 və 17 dekabr tarixlərində distant formada təşkil olunacaq. Bildirək ki, layihənin yekun forumunda təqdimatları ilə iştirak edəcək şagirdlər arasından münsiflər heyyətinin qərarı ilə ən uğurlu təqdimat müəllifləri seçilərək sertifkat, medal, kubok və kitab hədiyyələri ilə təltif olunacaqdır.
Qeyd edək ki, layihə 2021-ci ilin 15 mart tarixinə qədər davam edəcək.

İlham Əliyev onu təbrik edənlərə təşəkkür etdi - VideoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğum günü münasibətilə təbrik məktubları göndərən insanlara təşəkkür edib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində bununla bağlı video paylaşıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 59 yaşı tamam olur.
Şabran və Siyəzəndə "Tarixin axarını dəyişən şəxsiyyət" mövzusunda video konfrans keçirilibBu gün Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ilə əlaqədar YAP-ın Şabran və Siyəzən rayon təşkilatlarının birgə iştirakı ilə ”Tarixin axarını dəyişən şəxsiyyət” mövzusunda video konfrans keçirilib.

Avrasiya.net xəbər verir ki, əsas məruzəçi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov olub.

S.Qurbanov Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin 17 illik fəaliyyətinə qısa ekskurs edib. Komitə sədri qeyd edib ki, cənab İlham Əliyev üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirib. Prezidentin fəaliyyəti Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına, qüdrətlənməsinə, eyni zamanda əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib.

S. Qurbanov bildirib ki, bu istiqamətdə böyük uğurlara imza atan dövlət başçımız beynəlxaq arenada Azərbaycanın yerini möhkəmləndirib. Bu gün dünyanın aparıcı ölkələri belə Azərbaycanla hesablaşmaq məcburiyyətində qalıblar. İ.Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində beynəlxalq reytinqlərdə Azərbaycan irəlidədir. Ölkənin iqtisadiyyatı, ordu quruculuğu inkişaf edib. 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanın üzərində qələbə və Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi Ali Baş Komandan İlham Əliyev qətiyyəti və mübarizliyinin nəticəsidir.

Daha sonra konfrans iştirakçıları İ.Əliyevin Azərbaycan dövlətçilik tarixində əvəzsiz xidmətləri ilə bağlı fikirlər söyləyiblər.

Bu gün koronadan 40 nəfər ölübAzərbaycanda koronavirus infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 4 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 40 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 210 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib. Hazırda 51 795 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 034, bu günə qədər isə ümumilikdə 2 115 991 test icra olunub.

İlham Əliyev: “Avropa Şurası, səssiz qalma, gəl gör buranı!”“Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir”.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı deyib.

Dövlət başçısı bildirib ki, düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib:

“Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb? Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir.

Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası, səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər. Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər? Əfsuslar olsun, biz bunu bu günə qədər eşidirik ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Bu “dost ölkəyə” 20 il rəhbərlik etmiş cəlladlar bunu dağıdıblar. Onlar gəlib dağıdıblar bizim məscidimizi, təhqir ediblər. Bütün dünya bunu görməlidir. Əgər bizə qarşı hər hansı bir irad irəli sürüləcəksə, cavabını verəcəyik. İstənilən beynəlxalq təşkilat gəlsin, bunu görsün, öz hesabatında bunu əks etdirsin, qınasın işğalçı dövləti və görsün ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq, biz kimi qovmuşuq torpaqlarımızdan, rədd etmişik onları buradan. Görün şəhərlərimizi nə günə salıblar. Bir dənə də salamat bina yoxdur. Cəbrayıldan başlayaraq ta Qubadlıya qədər, Zəngilana qədər azad edilmiş torpaqlardan gəlmişəm. Bir dənə də salamat bina yoxdur. Bütün binalar sökülüb, dağıdılıb, kəndlərimizin adları dəyişdirilib, eybəcər adlar verilib, məscidimiz bax, bu günə düşüb. Cavabını verəcək Ermənistan, cavabını verəcək! Veribdir, qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu. Əminəm ki, bu görüntülərdən sonra bizə irad tutmağa çalışan “beynəlxalq məmurlar” öz dillərini qarınlarına qoyacaqlar. Biz isə bu məscidi bərpa edəcəyik və bizim vətəndaşlar gəlib burada ibadət edəcəklər, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq”.
Qarabağ müharibəsi əlillərinə 50 avtomobil verildiPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri getdikcə gücləndirilir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizin erməni faşizminin işğalından azad edilməsi istiqamətində möhtəşəm Zəfər əldə edərək yeni şanlı qəhrəmanlıq tarixi yazdı. Qələbə ovqatının yaşandığı bu günlərdə şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsi tədbirləri də uğurla davam etdirilir.

Dövlət başçısının həssas əhali qruplarına, o cümlədən şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə xüsusi qayğısından bəhs edən nazir müavini müharibə əlillərinin avtomobillə təminatı işlərini qeyd edib. Bildirib ki, Nazirlik müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7050-dən çox minik avtomobili verilib.

A.Əliyev şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının da ildən-ilə genişləndiyini deyib. O diqqətə çatdırıb ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda, yəni 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır və artıq 1300-dən çoxu təqdim edilib. Bu vaxta qədər isə 9000-ə yaxın mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.

Nazir müavini dövlət başçısının göstərişi ilə postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin, müharibədə yaralanmış hərbçilərin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı sosial dəstək tədbirlərinin həyata keçirildiyini də diqqətə çatdırıb.

Qarabağ müharibəsi əlilləri doğma torpaqlarımızın düşmən işğalından azad edilməsinin bütün xalqımıza sonsuz sevinc və qürur bəxş edən tarixi Zəfər olduğunu, bu qələbənin fərəhi içində olduqlarını vurğulayıblar. Dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan razı qaldıqlarını qeyd edən müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.