Sizin Reklam Burada

Şabran və Siyəzəndə "Tarixin axarını dəyişən şəxsiyyət" mövzusunda video konfrans keçirilib

Şabran və Siyəzəndə "Tarixin axarını dəyişən şəxsiyyət" mövzusunda video konfrans keçirilibBu gün Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ilə əlaqədar YAP-ın Şabran və Siyəzən rayon təşkilatlarının birgə iştirakı ilə ”Tarixin axarını dəyişən şəxsiyyət” mövzusunda video konfrans keçirilib.

Avrasiya.net xəbər verir ki, əsas məruzəçi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov olub.

S.Qurbanov Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin 17 illik fəaliyyətinə qısa ekskurs edib. Komitə sədri qeyd edib ki, cənab İlham Əliyev üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirib. Prezidentin fəaliyyəti Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmlənməsinə, inkişafına, qüdrətlənməsinə, eyni zamanda əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib.

S. Qurbanov bildirib ki, bu istiqamətdə böyük uğurlara imza atan dövlət başçımız beynəlxaq arenada Azərbaycanın yerini möhkəmləndirib. Bu gün dünyanın aparıcı ölkələri belə Azərbaycanla hesablaşmaq məcburiyyətində qalıblar. İ.Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində beynəlxalq reytinqlərdə Azərbaycan irəlidədir. Ölkənin iqtisadiyyatı, ordu quruculuğu inkişaf edib. 44 günlük Vətən müharibəsində işğalçı Ermənistanın üzərində qələbə və Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi Ali Baş Komandan İlham Əliyev qətiyyəti və mübarizliyinin nəticəsidir.

Daha sonra konfrans iştirakçıları İ.Əliyevin Azərbaycan dövlətçilik tarixində əvəzsiz xidmətləri ilə bağlı fikirlər söyləyiblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər