Azər Süleymanov Azərbaycan Prezidentini təbrik edib

Azər Süleymanov Azərbaycan Prezidentini təbrik edibMöhtərəm Prezident cənab İlham Əliyevə!

2020-ci ilin son ayları həm Azərbaycan xalqının həyatında, həm də dünyanın digər ölkələrində yaşayan azərbaycanlıların ömüründə ən unudulmaz günlər kimi yazıldı.

1988-ci ildən bəri Azərbaycanın sağalmaz yarasına çevirilən Qarabağ itkisi bu il 27 sentyabrda “Vətən müharibəsi” adı ilə başlamaqla bu savaş bütövlüklə Azərbaycanın Ermənistan üzərində möhtəşəm hərbi qələbəsilə nəticələndi. Bu qələbənin memarı və bir başa müəllifi Ali Baş Komandanımız - Sizsiniz.

Sizin dəqiqliklə yürütdüyünüz daxili və xarici siyasətin sayəsində biz bir daha əmin olduq ki, Ulu Öndərimiz Azərbaycanımızı etibarlı əllərə əmanət etmişdir. Siz, dünyada yaşayan biz Azərbaycanlılara həm mənfur düşmənin təslim aktını necə imzaladığını, həm də Bakıda Zəfər paradını necə fəxarətlə qəbul etməyinizi göstərməklə hamımıza bir ömür sevinc bəxş etdiniz.
Məxsusi olaraq bu ilki Ad gününüzü işğaldan azad olunmuş torpaqlarda - Qubadlıda və Zəngilanda əsgərlərimizlə birgə qeyd etməyiniz Ali Baş Komandana laiq nadir insani xüsusiyyətiniz kimi hamımızı qürurlandırdı.

Sizin “Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var! Qarabağ Azərbaycandır! - bu deyimlərinizi məhz bu ilin sonunda bütün dünyaya sübut etməyinizdən gözəl Ad gününüzə hədiyyə ola bilməz.
Hörmətli İlham Heydər oğlu!

Sizi Ad gününüz münasibətilə Gürcüstandakı soydaşlarimız adından səmimi qəlbdən təbrik edir, sağlam həyat, ailə səadəti və uzun ömür diləyirəm.

Hörmətlə: Azər Süleymanov,
Gürcüstan Parlamentinin sabiq deputatı