İlham Əliyev onu təbrik edənlərə təşəkkür etdi - Video
Dərc olunub:
24-12-2020, 20:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğum günü münasibətilə təbrik məktubları göndərən insanlara təşəkkür edib.
Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində bununla bağlı video paylaşıb.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 59 yaşı tamam olur.