Putin İlham Əliyevə zəng etdi
Dərc olunub:
24-12-2020, 13:08
Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Avrasiya.net xəbər verir ki, məlumatı Kremlin Mətbuat Xidməti yayıb.
“Telefon danışığı zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi səmimi-qəlbdən təbrik edib”, - məlumatda bildirilib.
V.Putin həmçinin Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu göndərib.