Sizin Reklam Burada

Xalq-hakimiyyət-ordu birliyi İraq mediasında

Xalq-hakimiyyət-ordu birliyi İraq mediasındaAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyevin İraqın http://afkarhura.com saytında ərəb (http://afkarhura.com/?p=24005) və türk (http://afkarhura.com/tr/?p=6861) dillərində Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsi, ərazi bütövlüyünün təmin olunması, Azərbaycan bayrağının Şuşada dalğalanması, eyni zamanda Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal atında saxlaması nəticəsində törətdiyi terror hadisələri ilə bağlı yazısı dərc olunub.

C.Şahverdiyev deyib ki, 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qələbəsi Paşinyan hakimiyyətini və onun havadarlarını şoka salıb. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında bağlanmış bəyanat işğalçı ölkəni diz üstə çökdürüb.

Müəllif bildirib ki, bundan sonra sənədə əsasən işğal altında olan bir neçə rayonun itkisiz azad edilməsi Azərbaycanın düşmən üzərində tam qələbəsi və Ali Baş Komandan Cənab İlham Əliyevin Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyi ilə bağlı dəfələrlə səsləndirdiyi bəyanatların sübutudur: “Ermənilər işğal altında saxladıqları rayonlarımızı tərk edərkən misli görünməyən vəhşiliklərə əl atıblar. Evləri yandırıblar, tarixi abidələrimizi dağıdıblar, ekoloji terrora əl atıblar, bir sözlə torpağımızın üstündə nə vardısa hamısını yerlə- yeksan ediblər. Düzdür, bu, milyardlarla manat ziyan deməkdir. Dağıdılan rayonlarımızın bərpasına illər lazım gələcək. Azərbaycan hökuməti həmin rayonlarda həyatı bərpa edəcək. Soydaşlarımız tarixi yerlərinə qaytarılacaq, həyat öz axarı ilə davam edəcək. Amma bu vəhşiliklərə görə ermənilər cavab verəcəklər”.

C.Şahverdiyev deyib ki, Azərbaycanın işğalçı Ermənistan üzərində tam qələbəsi xalq-hakimiyyət-ordu birliyinin təzahürüdür. Xalq öz rəhbərinə, ordusuna inandı, güvəndi. Qazanılan zəfərin əsasında da xalq-hakimiyyət-ordu birliyi dayanır.

Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik siyasəti bu birliyin yaranmasına, möhkəmləsinə istiqamətlənib: “Bu gün Ali Baş Komandanımızın ətrafında möhkəm xalq-ordu birliyi mövcuddur. Bu birlikdən güc alıb Vətən uğrunda haqlı savaşda zəfər qazandıq. Bu gün əldə etdiyimiz qələbə bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirir. Xalqımız bu gün qürurverici günlərini yaşayır. Ölkəmizin təhlükəsizliyini qoruyan ordu ilə yanaşı, onunla daim bir olan xalqımız var. Azərbaycan Prezidenti, Ali Baş Komandanın ətrafında möhkəmlənən xalq-ordu birliyi həm xalqın, həm ölkənin qüdrətini, gücünü, həm də hakimiyyətə inamı, etibarı artırır”.

C.Şahverdiyev onu da qeyd edib ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsi üçün orduya minlərlə gəncin könüllü yazılması faktı xalqımızın öz dövlətinə, Ali Baş Komandanına sadiqliyini göstərdi: “Biz inanırdıq və əmin idik ki, Ali Baş Komandanımızın müdrik siyasəti nəticəsində işğal olunan torpaqlarımız geri alınacaq. Əmin idik ki, Prezidentimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Qarabağ azad olunacaq, münaqişə öz ədalətli həllini tapacaq. Prezidentimiz hər zaman bildirir ki, xalqa arxalanır, xalqdan güc alır. Xalq da öz liderinə güvəndi, ona arxayınlaşdı. 44 gün ərzində aparılan uğurlu hərbi əməliyyatlarda xalqımız düşmənə qarşı əsgərlərimizlə çiyin-çiyinə döyüşdü. Orduya maddi-mənəvi dəstək oldu. Bu, Azərbaycan xalqının əzmkarlığının, məğlubedilməzliyinin, birliyinin göstəricisidir. Bu birliyi yaradan Ali Baş Komandanımız, cənab İlham Əliyevin müdirk və uzaqgörən siyasəti, fəaliyyətidir ki, xalq bir daha ona olan inamını, etibarını sübut etdi. Dünya birliyimizin şahidi oldu, qibtə etdilər bizə. Belə bir birlik varsa heç kəs bizə qalıb gələ bilməz. Qarabağ Azərbaycandır!”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər