Türkiyə və Azərbaycan arasında pasport rejimi ləğv EDİLİRAzərbaycan vətəndaşları Türkiyəni, Türkiyə vətəndaşları isə Azərbaycanı sadəcə şəxsiyyət vəsiqəsilə ziyarət edə biləcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.

“Qardaşım Ceyhun Bayramov ilə imzaladığımız protokolla Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələrimizlə səyahət edə biləcəyik. “Bir millət, iki dövlət”ə elə bu yaraşar! Xeyirli olsun”, - o qeyd edib.
101 il ərzində ilk qələbə paradımız - MHP sədri Zəfər paradımızdan yazdıBu gün Zəfər Paradının əzəmətli anları ömrümüzdən gəldi keçdi. Gerçəkdən də, tarixi anlar yaşadıq. Möhtəşəm parad idi. İki qardaş ölkənin liderinin öndərliyi ilə və iki qardaş orduların əsgərlərinin coşqu dolu iştirakıyla düşmən Ermənistan silahlı qüvvələri üzərində tarixi Qələbəmizi biz bu gün bir daha bütün dünyaya göstərdik. Biz bu müqəddəs və mübarək günü çox gözləmişdik. Yaxşı deyiblər ki, gözlədiyin gün gələcəksə, çəkilən əzablar müqəddəsdir.

10 dekabr Zəfər paradı son 101 il ərzində ilk qələbə paradımızdır. Sonuncu dəfə 101 il bundan öncə Cümhuriyyət ordumuz Şuşada qələbə paradı keçirmişdi. Bu gün Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə Milli Ordumuz tarixi yenidən yazdı. 44 günlük savaş nəticəsində əldə edilən qələbəmiz bu gün Azadlıq Meydanında Zəfər dastanımıza çevrildi.

Mən bu gün çox sevincli və qürurluyam! Həm partiya sədri kimi, həm Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi, həm məcburi köçkün kimi, həm də sadə bir azərbaycanlı kimi Azadlıq Meydanında gördüklərimdən böyük bir qürur hissi duydum. Belə tarixi anlarda insan öz hisslərinə hakim ola bilmir, dərin fəxarət hissləri keçirir. Sözün açığı, hətta bəzən "bəlkə, yuxu görürəm" deyə düşünürdüm! Amma yuxularımızın, Qarabağ həsrətli xəyallarımızın ömrü bitdi. Xəyallarımız gerçək oldu. Şükür, bu günlərə! Qarabağ torpaqlarında həm üçrəngli Azərbaycan bayrağı yenidən sancıldı, həm Azan səsləndirildi, həm də muğamımızın sədaları ucaldı.

Əminəm ki, bu gün bütün Şəhidlərimizin ruhları da Azadlıq Meydanındakı möhtəşəmliyə baxıb sevindilər, şad oldular. Bu gün bizimlə bərabər onlar da arzularına çatdılar. Bu gün hamımız qalib ölkənin vətəndaşlarıyıq! Qələbən mübarək olsun, Azərbaycan xalqı! Zəfər Paradın mübarək, Azərbaycan Ordusu! Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Ölkəmizdə daha 38 nəfər koronadan öldüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 219 yeni yoluxma faktı qeydə alınıb, 3 562 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 162 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 99 892 nəfər müalicə olunaraq sağalıb, 1 793 nəfər vəfat edib, aktiv xəstə sayı 61 089 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 006, bu günə qədər isə ümumilikdə 1 902 584 test icra olunub.
Əsgər valideynləri Paşinyana: “Övladlarımızı ölümə göndərib unutdunuz”Ermənistanın Eçmiədzin şəhərində Qarabağ döyüşlərində itkin düşmüş 34 hərbçinin valideynləri etiraz aksiyası keçirib.

Ermənistan KİV xəbər verir ki, onlar övladlarının tapılması üçün rusiyalı sülhməramlıların komandanı Rüstəm Muradovla görüş tələb ediblər.

“Bizə axtarış işlərinin hələlik Hadrut istiqamətində aparıldığı deyilib. Zəngilanda hələlik axtarışlar aparılmır. Biz Müdafiə Nazirliyinə daha inanmırıq. Övladlarımızı ölümə göndərib sonra da unudublar” - deyə əsgər yaxınları açıqlama verib.
Ərdoğan Bakıdan Ermənistan rəhbərliyinə çağırış etdiİllərdir doğulduğu yerlərdən uzaq qalan, məmləkət həsrəti ilə yanan 1 milyon qaçqın və məcburi köçkün qardaşımız artıq doğulduqları ərazilərə qayıtmaq üçün səbirsizlənir.

Avrasiya.net xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.

“İnşallah, ən qısa müddətdə bu qardaşlarımızın həsrətinin sona çatacağına inanırıq. Əziz qardaşlarım, Dağlıq Qarabağa dağıntı, qətliam və göz yaşından başqa heç nə gətirməyənlərin də artıq ağıllarını başına yığması lazımdır. Erməni rəhbərlər xalqın resurslarını Azərbaycanın ərazilərini işğal altında saxlaya bilmək üçün istifadə edib. Halbuki bu resurslar mənasız müdafiə xətlərinə, silahlara, gözlərini kin və qan bürümüş rəhbərlərin ehtiraslarına xərclənməmiş olsaydı, bu dəqiqə mənzərə tamam fərqli olardı. Erməni siyasətçilərin bunu yaxşı təhlil edərək sülh və sabitliyin əsasında gələcəyini qurması yolunda cəsur addımlar atacağına ümid edirik. Ermənistan xalqının da özlərini keçmişin yalanları ilə başını qatan, kasıblığa məhkum edən diasporun əsarətindən qurtulmasını diləyirik. Qərb imperialistlərinin dəstəkləməsi ilə heç nəyə nail olunmayacağı görülməli, düşmənçilik yerinə mehriban qonşuluq əsasında münasibətlər yenidən müzakirə olunmalıdır. Ermənistan xalqı Qarabağda yaşananlardan dərs çıxararsa, bu, bölgədə yeni bir dövrün başlanğacı olacaq.”, - o qeyd edib.
Ali Baş Komandan: “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır”“Azərbaycan torpaqları 30 il yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb oldu”.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Zəfər paradında çıxışı zamanı bildirib.

İlham Əliyevin sözlərinə görə, əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı:

“O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba yurdundan didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır.

Xalqımız əsrlər boyu orada yaşayıb. Ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz torpaqlarından didərgin salmışdı. Dğlıq Qarabağda da eyni mənzərə olmuşdu. Ermənistan tərəfi Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət, Xocalı Soyqırımı törətmişdi”.

“Biz uzun illər bütün beynəlxalq tədbirlərdə Qarabağla bağlı həqiqətləri çatdırırdıq. Böyük iş aparmışıq. Bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq.

Hesab edirəm ki, son illər apardıımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi”, - deyə o qeyd edib.

Prezident: “And içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam”“Bizim məqsədyönlü siyasətimiz nəticəsində münaqişə, Qarabağın taleyi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı. Bütün dünya gördü ki, Qarabağ bizim əzəli, tarixi torpağımızdır”.

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən Müharibəsində qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.

Prezident bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, qurub, yaradıb:

“Eyni zamanda, bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz bu illər ərzində güc toplayırdıq. Həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, ölkə daxilində iqtisadiyyatımızı, ordumuzu gücləndirirdik.

Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir. İldən-ilə üstünlüyümüz özünü qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi”.

“Mən son 17 il ərzində demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, hərbi yollarla biz bu məsələni həll edəcəyik. 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə bizim Konstitusiyamıza və müqəddəs “Qurani-Kərim”ə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam.

Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu. Tarixi ədaləti və beynəlxlaq hüquq bərpa etdi”, - deyə İ.Əliyev qeyd edib.
Bakıda xəstələr və həkimlər qidadan zəhərləndi - RƏSMİÖtən gün, dekabrın 9-da Bakı şəhərində bir neçə tibb müəssisəsində xəstələr və həkimlər arasında qidadan zəhərlənmə halı qeydə alınıb.

Bu barədə Avrasiya.net-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər xüsusi nəzarətə götürülüb: "Zərərçəkənlər zəruri tibbi müayinələrdən keçirilib və onlara müvafiq tibbi yardım göstərilib. Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabilləşib. TƏBİB nümayəndələri zərərçəkənlərə baş çəkib, onların vəziyyətləri ilə maraqlanıb. Yaranmış vəziyyətlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilib. Hazırda AQTA və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb".
Fransa parlamentinə İslama qarşı qanun layihəsi təqdim olunubFransa parlamentinə “İslam ekstremizminə” qarşı mübarizə haqqında qanun layihəsi təqdim olunub.

“Report” xəbər verir ki, bu barədə Şərqi Qüdsdə çıxan “Əl-Qüds” qəzeti yazıb.

Ölkənin baş naziri Jan Kasteks bildirib ki, qanun layihəsinin hədəfi dinin sıxışdırılması deyil, azadlıq və demokratiyanın qorunmasıdır.

Qəzet yazıb ki, sənədin belə təqdim edilməsi çox təhlükəlidir və hökumət qınağa tuş gələcəyindən ehtiyatlanır.

Qeyd edək ki, son aylar Fransada İslama və müsəlmanlara qarşı çıxışlar artıb. “Şarl Hebdo” jurnalında İslam peyğəmbəri ilə bağlı təhqiramiz ifadələr və karikaturanın yayılması buna örnək ola bilər.

Rusiya olmasa, Ermənistan ordusu... - Manukyandan ETİRAFRusiyanın köməyi olmadan Ermənistan Silahlı Qüvvələri döyüş qabiliyyətini bərpa edə bilməyəcək.

Bu barədə Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan yerli media ilə görüşdə deyib.

“Bu bölgədəki əsas oyunçular Türkiyə və Rusiyadır. Ankaranın, onsuz da, Gürcüstan üzərində çox böyük təsiri var. İndiki şəraitdə gələcəyimizi Türkiyə ilə əlaqələndirsək, məhv olacağıq. Bu səbəbdən indi Rusiyanın rolu Ermənistan üçün əvvəlkindən daha çox vacibdir. Lakin bu, digər ölkələrlə münasibətləri istisna etmir”, - Manukyan bildirib.

O qeyd edib ki, indi ölkə təhlükəsizliyinin əsas qarantı Rusiya Federasiyasının sülhməramlı qüvvələridir: “Rəsmi olaraq bu qarant 5 ildən sonra olmayacaq. Bəlkə bu müddət ərzində nəsə olacaq, bəlkə müddət uzadılacaq - amma bütün bunlar fərziyyələrdir. Ordunu gücləndirməyimiz üçün 5 il var, daha sonra yeni müttəfiqlər axtarmalıyıq”.

V.Manukyan bildirib ki, Ermənistan və Rusiyanın maraqları bir çox məsələlərdə üst-üstə düşür. Amma hər zaman deyil: “Ancaq həqiqət budur ki, sürətlə dəyişən bu bölgədə ən azı 5 il Rusiya təhlükəsizliyimizin sabit qarantı və müttəfiqimiz olacaq. Əminəm. Rusiya olmasa, ordumuzu bərpa edib yenidən silahlandıra bilməyəcəyik”.