Sizin Reklam Burada

101 il ərzində ilk qələbə paradımız - MHP sədri Zəfər paradımızdan yazdı

101 il ərzində ilk qələbə paradımız - MHP sədri Zəfər paradımızdan yazdıBu gün Zəfər Paradının əzəmətli anları ömrümüzdən gəldi keçdi. Gerçəkdən də, tarixi anlar yaşadıq. Möhtəşəm parad idi. İki qardaş ölkənin liderinin öndərliyi ilə və iki qardaş orduların əsgərlərinin coşqu dolu iştirakıyla düşmən Ermənistan silahlı qüvvələri üzərində tarixi Qələbəmizi biz bu gün bir daha bütün dünyaya göstərdik. Biz bu müqəddəs və mübarək günü çox gözləmişdik. Yaxşı deyiblər ki, gözlədiyin gün gələcəksə, çəkilən əzablar müqəddəsdir.

10 dekabr Zəfər paradı son 101 il ərzində ilk qələbə paradımızdır. Sonuncu dəfə 101 il bundan öncə Cümhuriyyət ordumuz Şuşada qələbə paradı keçirmişdi. Bu gün Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə Milli Ordumuz tarixi yenidən yazdı. 44 günlük savaş nəticəsində əldə edilən qələbəmiz bu gün Azadlıq Meydanında Zəfər dastanımıza çevrildi.

Mən bu gün çox sevincli və qürurluyam! Həm partiya sədri kimi, həm Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi, həm məcburi köçkün kimi, həm də sadə bir azərbaycanlı kimi Azadlıq Meydanında gördüklərimdən böyük bir qürur hissi duydum. Belə tarixi anlarda insan öz hisslərinə hakim ola bilmir, dərin fəxarət hissləri keçirir. Sözün açığı, hətta bəzən "bəlkə, yuxu görürəm" deyə düşünürdüm! Amma yuxularımızın, Qarabağ həsrətli xəyallarımızın ömrü bitdi. Xəyallarımız gerçək oldu. Şükür, bu günlərə! Qarabağ torpaqlarında həm üçrəngli Azərbaycan bayrağı yenidən sancıldı, həm Azan səsləndirildi, həm də muğamımızın sədaları ucaldı.

Əminəm ki, bu gün bütün Şəhidlərimizin ruhları da Azadlıq Meydanındakı möhtəşəmliyə baxıb sevindilər, şad oldular. Bu gün bizimlə bərabər onlar da arzularına çatdılar. Bu gün hamımız qalib ölkənin vətəndaşlarıyıq! Qələbən mübarək olsun, Azərbaycan xalqı! Zəfər Paradın mübarək, Azərbaycan Ordusu! Yaşasın, Azərbaycan-Türkiyə qardaşlığı!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər