Soros fondu Ermənistanda bağlanır - Malyan
Dərc olunub:
10-12-2020, 12:45
Ermənistanda Soros ofisinin bağlanılması prosesi başlanıb.
Axar.az xəbər verir ki, bunu VETO hərəkatının lideri Narek Malyan deyib.
O, bir müddət öncə Saşik Sultanyan adlı şəxsin yezidi kürdlərlə ermənilər arasında nifaq yaratmaq üçün Soros fondundan pul aldığına dair Milli Təhlükəsizlik Xidmətinə müraciət etdiyini bildirib.
Malyanın sözlərinə görə, tezliklə Soros ofislərində total yoxlamalar prosesi başlayacaq, Milli Təhlükəsizlik Xidmətinə məşhur sorosçular çağırılacaq.