Sizin Reklam Burada

Vətən müharibəsinin qəhrəman kəşfiyyatçısı

Vətən müharibəsinin qəhrəman kəşfiyyatçısıNicat Əsgərovun Füzulidən başlayıb Şuşaya qədər davam edən şərəfli döyüş yolu

44 günlük Vətən müharibəsi geridə qalsa da, hələ də bu uğurlu zəfər, müqəddəs qələbə barədə danışılır, yazılır, həmin savaşın iştirakçılarının qəhrəmanlıqları, igidlikləri dillər əzbərinə çevrilir. Deyə bilərəm ki, illərlə, əsrlərlə bu barədə danışılacaq, 44 günlük zəfər tariximiz, onun igid iştirakçıları barədə dastanlar yazılacaq, əsərlər qələmə alınacaq, filmlər çəkiləcək. Olmalıdır da. Çünki 44 günlük Vətən müharibəsinin iştirakçıları başda Ali Baş Komandan İlham Əliyev olmaqla mümkünsüzü mümkünə çevirdilər. 30 ilə yaxın dünyanın təmin edə bilmədiyi, bəşəriyyətin bir nömrəli siyasi təsisatı sayılan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin bu illər ərzində reallaşmamasını reallığa çevirdilər. Ən əsası ərazi bütövlüyümüzü bərpa edib dünyaya mübarizə, qorxmaz, igid, qəhrəman xalq olduğumuzu sübuta yetirdilər. Məhz Vətən müharibəsinin qorxmaz, igid qəhrəmanları hesabına.

Minlərlərlə can verdik, bir o qədər xəsarət aldıq, ancaq qalib gəldik, zəfər qazandıq. Bu gün işğaldan azad edilən hər kənddə, hər qəsəbədə, rayon və şəhərdə, yüksəliklərdə, yaşayış məntəqəsində Vətən müharibəsi iştirakçılarının əməyi, payı var. Necə ki, döyüşlərin başladığı ilk gündən könüllü olaraq cəbhəyə yollanan Yevlax şəhəri, Bünyadabad kənd sakini Əsgərov Nicat kimi. Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu olan Nicat Əsgərov hələ müharibə başlamadan xeyli əvvəl ehtiyyata buraxılarkən belə hərbiçi olduğu müddətdə torpaqlarımızın azadlığı uğrunda müharibənin başlamamasından dərin təəssüf hissi keçirir, düşməndən qisas ala bilmədiyindən üzülürdü. Qarabağ münaqişəsi qədər yaşı olan Nicatda düşmənə qarşı nifrət hissinin formalaşmasını şərtləndirən başlıca amillərdən biri də ailə başçısı, atası Əsgərov Səfiyarın Birinci Qarabağ müharibəsində xəsarət alması olub. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Səfiyar Əsgərov bəlkə də yatsa yuxusuna girməzdi ki, illər keçəcək, 29 yaşlı oğlu Nicat düşməndən qisasını alacaq və erməni işğalı altında olan torpaqlarımız yağı düşməndən təmizlənəcək.

Məlumat üçün qeyd edək ki, Nicat Əsgərov Vətən müharibəsinin başladığı ilk gündən könüllü ordu sıralarına qoşularaq düşmənlə döyüşə gedir. Sentyabrın 29-dan döyüşlərin getdiyi ən gərgin nöqtələrdə vuruşan Nicat kəşfiyyatçı yoldaşları ilə birlikdə Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının erməni işğalından azad edilməsində yaxından iştirak edir. Məhz Nicatın daxil olduğu kəşfiyyatçı dəstənin mühüm döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi cəbhənin müxtəlif istiqamətlərində pusquya düşürülərək məhv edilib.

Döyüşlərdə dəfələrlə ölümlə üz-üzə qalan Nicatı son anda peşəkar hərbiçi, eyni zamanda kəşfiyyatçı olması xilas edib. Nicat Əsgərov və kəşfiyyatçı yoldaşları üçün ən çətin və gərgin döyüşlər isə Füzuli istiqamətində olub. Düşmənin uzun illər burada yaratdığı istehkam, həmçinin həmin istehkamlara gedən yolları kəşfiyyat yolu ilə müəyyənləşdirmək o qədər də asan baş verməyib. Ancaq son anda hərbiçi səriştəsi və kəşfiyyatçı dəqiqliyi qalib gəlib və düşmən Füzuli istiqamətində ağır məğlubiyyətə uğradılıb. Füzulinin azad edilməsindən sonra Azərbaycan Ordusunun qarşısına çıxan digər düşmən maneələri isə demək olar ki, ciddi olmayıb və qısa müddət ərzində digər şəhər və rayonlarımız, Zəngilan, Qubadlı, Cəbrayıl azad edilib.

Nicat Əsgərov hər hansı bir kəndin, qəsəbənin, şəhər və ya rayonun düşməndən təmizlənməsi zamanı kəşfiyyatçı kimi demək olar ki, neçə dəfə döyüş əməliyyatı şəraiti, ölüm riski ilə qarşılaşıb. Düşmənin mövqelərini müəyyənləşdirib hücum təşkil edərkən nə qədər təhlükəli və həyat üçün riskli anlar yaşanırsa, eləcə də hər hansı bir məntəqənin düşməndən azad edilməsindən sonra həmin ərazidə növbəti kəşfiyyat əməliyyatının aparılması zamanı eyni anlar təkrarlanır. Bəzi düşmən əsgərlərinin işğaldan azad edilmiş kənd və qəsəbələrdəki evlərin zirzəmisində, yaxud bir qədər diqqətdən uzaq mənzillərdə gizlənməsi zaman-zaman arzuolunmaz halların yaşanmasına səbəb olub. Ancaq kəşfiyyatçı dəqiqliyi Nicatı düşmənin xain gülləsindən qoruya bilib.

Gərgin gedən döyüşlərin birində isə Nicat da düşmən gülləsinə tuş gəlir. Lakin Nicat aldığı yaranın yüngül olduğunu deyərək döyüş meydanından geri çəkilmək istəmir. Döyüş yoldaşları Nicatın daha çox qan itirdiyini görərək onu israrla döyüş meydanından çıxarırlar. Bir neçə günlük tibbi yardımdan sonra Nicat Əsgərov yenidən döyüş yoldaşlarının yanına qayıdaraq düşmənlə mübarizəni davam etdirir. "Vətən müharibəsinə gələrkən Şuşaya qədər getmək arzusunda olmuşam. Şuşaya getmədən, onu düşməndən azad etmədən geri döndü yoxdur" deyən Nicat aldığı yara tam sağalmadan yenidən döyüşlərə qatılır və qarşısına qoyduğu məqsədə, Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılmağa nail olur.

Füzulidən başlayıb Şuşaya qədər gərgin və ağır döyüş yolu keçən 29 yaşlı Nicat Əsgərov hazırda da ön cəbhədə xidmətdədir. Vətən müharibəsində 3 əsas məqsədə nail oldum "Birincisi, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atamın qisasını aldım, ikincisi torpaqlarımızın işğaldan azad edilməsində iştirak etdim, üçüncüsü Vətən üçün az da olsa faydam toxundu" deyən Nicat Əsgərov bildirir ki, İlham Əliyev kimi Ali Baş Komandanı olan Azərbaycan Ordusu qarşısına qoyduğu bütün hədəflərə nail olmaq gücündə, qüdrətindədir.

Süleyman İsmayılbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər