Ermənilər Kəlbəcəri tərk etməzdən əvvəl hərbi hissəni partlatdılar - VİDEOErmənistanın sonuncu silahlı birləşmələri noyabrın 25-də Azərbaycana təhvil verilməli olan Kəlbəcər rayonunu tərk edirlər.

Avrasiya.net “RİA Novosti”yə istinadla xəbər verir ki, düşmən “ənənəsi”nə sadiq qalaraq Kəlbəcərdə növbəti partlayış və yanğınlar törədib.

Ermənilər bu dəfə üçtərəfli bəyanata əsasən Azərbaycanın nəzarəti altına keçməli olan hərbi hissənin kazarmalarını və hərbi hissə binalarını partladıblar. Onlar açıq-aşkar bildiriblər ki, partlayışı törətməkdə məqsədləri hərbi hissənin Azərbaycanın nəzarətinə keçməsinə imkan verməməkdir.

Erməni hərbçilər bildiriblər ki, partlayışdan sonra Ermənistana yola düşürlər.
Xalq artisti Əjdər Həmidov vəfat edibAkademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Əjdər Həmidov vəfat edib.

Bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb.

“Bir həftəyə yaxın idi xəstəxanada müalicə alırdı. Heyf, itirdik. Teatrımızın rəhbərliyi və kollektivi adından dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik. Ruhu şad olsun. Əlvida, sənətkar! Səni unutmayacağıq, gözəl insan!”, - Zeynallı yazıb.

Putin İlham Əliyevlə Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə etdiRusiya Prezidenti Vladimir Putin son iki gündə Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında Rusiya sülhməramlılarının fəaliyyəti, Dağlıq Qarabağda humanitar yardımın göstərilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiyalı sülhməramlıların Dağlıq Qarabağ bölgəsində fəaliyyətinin modallığı və əhaliyə humanitar yardımın göstərilməsi üçün əlavə addımlar nəzərdən keçirildi. Həmçinin qarşılıqlı iqtisadi əlaqələr və regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə də toxunuldu”, - deyə Kremldən bildirilib.

Bundan əlavə, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyanla Qarabağda münaqişəsinin tənzimlənməsi ilə bağlı razılaşmaların həyata keçirilməsini, habelə Rusiyanın qurumlararası nümayəndə heyətinin 21 noyabr tarixində Bakı və İrəvana səfərinin nəticələrini müzakirə edib.
Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdiSəbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiəçisinin verdiyi vəsatətə baxılıb.

“Report”un xəbərinə görə, hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəkil Orxan Zeynalovun verdiyi vəsatət təmin edilməyib və sabiq icra başısı barədə qətimkan tədbiri dəyişdirilməyib.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Sabah Kəlbəcərin təhvil-təslimi baş tutandan sonra...Ermənilərin sabah Kəlbəcəri tamamilə tərk etmələri üçün hansısa bir bəhanə ilə növbəti dəfə vaxtı uzatmaq şansları yoxdur. Onlar noyabrın 25-də Kəlbəcəri öz qanuni sahibinə - Azərbaycana təhvil verməlidirlər.

Ermənilərin Kəlbəcərin girişindəki “Artsaxa xoş gəlmisiniz” sözləri yazılmış lövhəni sökməkləri də onların artıq reallıqla hesablaşmaqlarını təsdiq edən əyani faktdır. İşğalçılar Kəlbəcəri tərk etməlidirlər. Reallıq məhz bunu diktə edir.

Bildiyiniz kimi sözügedən lövhə Ermənistandan Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə gedən yolda qoyulmuşdu. Bundan sonra həmin lövhənin yerində Azərbaycanla Ermənistanın dövlət sərhədini göstərən məlumat lövhəsi olacaq. Beləliklə, 10 noyabrda imzalanan üçtərəfli razılaşmanın şərtlərinin yerinə yetirilməsi ərazi bütövlüyümüzün bərpasına gətirib çıxaracaq.

Bu gün ermənilərin Kəlbəcər rayonundan köçmə prosesi tamamlanır. Sabah Kəlbəcərin təhvil-təslimi baş tutandan sonra Müzəffər Ordumuzun Kəlbəcər torpağına daxil olması gözlənilir. 44 günlük müharibədə Şanlı Ordumuzun və Ali Baş Komandanımızın möhtəşəm bir Qələbəyə imza atması Ağdam, Kəlbəcər və Laçının dinc yolla, heç bir itki vermədən işğaldan azad edilməsinə zəmin yaratdı.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Qarabağla bağlı Qərargah yaradıldı - SərəncamPrezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Əlaqələndirmə Qərargahı (bundan sonra – Qərargah) yaradılsın:

Qərargahın rəhbəri

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Qərargahın üzvləri

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri

Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Kamran Əliyev – Azərbayan Respublikasının Baş prokuroru

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Emin Əmrullayev – Azərbaycan Respublikasının təhsil naziri

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Elçin Quliyev – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi

Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Orxan Sultanov – Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi

Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini

Rəşad Nəbiyev – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri

2. Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılsın.
Kişiyə hamilə diaqnozu necə qoyulub? - RəsmiDünən sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.

TƏBİB-dən verilən məlumata görə, araşdırma nəticəsində məlum olub ki, 23.11.2020-ci il tarixində Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib.

Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompüterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub. Sənəd çap edildikdən sonra elə yerindəcə səhv aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub. Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş stolun üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib. İlkin Əzməmmədov bunu öz izahatında da təsdiqləyib. Həmin izahatı da təqdim edirik.
Ermənilər Ordumuzdan kömək istədi - VideoAğdamın Gülablı kəndi Azərbaycana təhvil verilərəkən burada məskunlaşan ermənilər əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət ediblər.

Avrasiya.net xəbər verir ki, yüksək insanvərvərlik, humanistlik nümayiş etdirən hərbçilərimiz onlara yardım edib. Əşyalarını, mal-qaranı toplayıb kəndi tərk etməyə imkan yaradıb.

Bu, Azərbaycan Ordusunun hədəfinin heç vaxt mülki əhali olmadığının bir daha təsdiqidir. Azərbaycan Ordusu milliyyətindən asılı olmayaraq, mülki əhaliyə yardım edib - hətta silahsız düşmənə də.

Zəruri olaraq xatırladaq ki, erməni silahlı birləşmələri hər zaman mülki azərbaycanlılara qarşı terror törədib, etnik təmizləmə aparıb, ev-eşiyindən çıxmağa məcbur olan azərbaycanlılar evindən heç bir dəyərli əşyasını götürə bilməyib. Ermənilər həmin evləri yağmalayıb, dağıdıb, yaşayış məskənlərimizi xarabalığa çeviriblər.

Ermənilər məskunlaşdırları azərbaycanlı evlərindən çıxarkən isə bütün əşyalarını aparır, yerdə qalanlara, o cümlədən meşələrə od vururlar, suyu zəhərləyir, ən işlək yollara, qapılara bomba, mina quraşdırırlar.

Qeyd edək ki, üçtərəfli bəyanata görə, Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verilib.
Zəngəzur Azərbaycana bu cür veriləcək - ŞarmazanovErmənistanın kapitulyasiyası erməni xalqının son 100 ildəki tarixinin ən biabırçı səhifəsidir.

Bunu Ermənistanın Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanov deyib.

“44 günlük müharibə boyunca hökumət xalqı aldatdı. O, 100%-lik saxta informasiya verdi. İrəvan atəş açmayan silahlar, raketi olmayan təyyarələr aldı. Nikol Paşinyan isə onun qarşısında selfi etdi.

İlham Əliyev Paşinyanın gözündəki qorxunu tutdu. Paşinyan indi Əliyevə heç nə deyə bilmir. Onun bunun üçün cəsarəti yoxdur. Beynəlxalq məhkəmələrdə artıq Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyard dollardan bəhs edilir. Nikol yenə danışıqlara gedib, deyəcək ki, bizdə 50 milyard olmadığına görə Zəngəzuru sizə veririk”, – deyə o bildirib.