ABŞ hərbçiləri Rusiya sərhədini pozdu
Dərc olunub:
24-11-2020, 12:15
ABŞ-a məxsus “Con Makkeyn” esminets gəmisi Rusiya ilə sərhədi pozub.
Rusiya Müdafiə Nazirliyi xəbər verir ki, gəmi sərhəd xəttini 2 kilometr pozub.
Rusiyanın “Admiral Vinoqradov” gəmisi ABŞ tərəfinə xəbərdarlıq edərək geri çəkilməyəcəyi təqdirdə atəş açacağı ilə bağlı xəbərdarlıq edib. Yalnız bu xəbərdarlıqdan sonar “Con Makkeyn” gəmisi ərazini tərk edib.