Sizin Reklam Burada

Müharibədə 100-dən artıq Suriya ermənisi döyüşüb – KİV

Müharibədə 100-dən artıq Suriya ermənisi döyüşüb – KİVÖzbəkistanın “interpress.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi haqqında məqalə dərc edib.

Avrasiya.net xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Ermənistanın döyüşlərdə Azərbaycana qarşı muzdlulardan istifadə etməsi ilə bağlı fikirləri də yer alıb.

Dövlət başçısı deyib ki, Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi:

“Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir”.

Sayt yazır ki, Şuşa ətrafındakı döyüşlərdə Suriya muzdluları da olub və “Daşnaksütyun” partiyası onların üçünün Azərbaycan Silahlı Qüvvələri tərəfindən öldürülməsini etiraf edib. Qeyd olunur ki, öldürülənlər Aleppo sakinləri Arut Panoyan, Akop Astarçyan və Mosik Seklemyandır.

Sayt vurğulayır ki, Ermənistan tərəfdən müharibədə 100-dən artıq Suriya ermənisi döyüşüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər