Hakimiyyəti Baydenə ötürür
Dərc olunub:
24-11-2020, 13:33
ABŞ Prezidenti Donald Tramp ölkənin Bayden rəhbərliyinə keçidi üçün lazımi prosedurların başladılması haqda tapşırıq verib.
Bu barədə Tramp Tvitter hesabında paylaşım edib.
“Seçki ilə bağlı işimiz sürətlə davam edir. İnanıram ki, mübarizə aparıb, qalib gələcəyik. Ancaq ölkəmizin maraqlarını qorumaq baxımdan aidiyyəti qurumlara keçid prosesi üçün ilkin prosedurlara başlamağı tövsiyə etdim”, - Tramp bildirib.