Zabit Səmədov "Kuruluş Osman"da - Foto
Avropa çempionu Zabit Səmədov Türkiyənin məşhur "Quruluş Osman" serialına çəkilir.
Ekran işinin çərşənbə günü yayımlanacaq 35-ci bölümündə ilk dəfə tamaşaçı qarşısına çıxacaq.
Serialın rejissoru, ssenaristi Mehmet Bozdağ sosial şəbəkədə Z. Səmədovun fotolarını paylaşaraq bunları yazıb:
"Qələbələri ilə bütün dünyada bizi qürurlandıran kikboksçu Zabit Səmədov serialımıza qatıldı. Can Azərbaycana salam olsun. Ordularımız müzəffər olsun".